Accessibility links

Avstraliyada seçki nəticələri hesablanır


Avstraliyada keçirilən ümummilli seçkinin nəticələrinin nəticələri hesablanır. Yüksək səviyyəli müxalifət liderləri diqqətini istixanan qaz emissiyalarını azaltmağa yönəltmiş mərkəz-solçu hökümət yaradacaqlarına dair nikbindirlər.

Galaxy exit-polu müxalif Leyboristlər Partiyasının 151 yerlik Nümayəndələr Palatasında 82 yer qazana bilər. Partiyaların hökümət formalaşdırmaları üçün isə onlar Nümayəndələr Palatasında yerlərin əksəriyyətinə sahib olmalıdırlar.

“Mən nikbinəm. Mən bizim öndə olduğumuzu düşünürəm, amma nikbin olmaqdan çox ehtiyatlıyam”, Leyboristlər Partiyasının sədr müavini Tanya Plibersek bildirib.

Avstraliyanın 25 milyonluq əhalisinin əksəriyyətinin yaşadığı şərqi ştatlarda səsvermə yerli vaxtla saat 6-da başa çatıb. Ölkənin qərb sahilində isə səsvermə iki saat sonra bitir.

A plÜzərində Avstraliyanın baş naziri Skot Morrisonun şəkli əks olunan plakat.
A plÜzərində Avstraliyanın baş naziri Skot Morrisonun şəkli əks olunan plakat.

Rəy sorğuları göstərir ki, mühafizəkar Liberal Partiyasının başçılıq etdiyi koalisiyanın üçüncü dəfə məğlub olacaq və Skot Morrison Avstraliya federasiyasının 118 illik tarixində ən qısa vaxt vəzifədə olan baş nazir olacaq.

Morrison mühafizəkarların onlar 2013-cü ildə seçiləndən bəri artıq üçünce baş nazirləridir. O, avqust ayında Malkol Törnbulu əvəzləyib.

Morrison Tazmaniya ştatında kampaniya apararaq günə başlayıb. O, partiyasının orada müxalif mərkəz-solçu Leyboristlər partiyasından yerləri alacağına ümid bəsləyir. Daha sonra Morrison səs vermək və Sidney yerləri uğrunda kampaniya aparmaq üçün 900 kilometr uzaqda yerləşən Sidneyə uçub.

Müxalifət lideri Bill Şorten şənbə səhər Leyboristlərin qalib gələcəyindən əmin olduğunu, lakin Morrisonla bağlı təxmin irəli sürə bilməyəcəyini deyib.

“Bu gün səslər hesablanacaq və biz nəticənin nə olduğunu görəcəyik. Mən bu gecə ilə bağlı heç bir təxmin irəli sürmürəm” – deyə, Morrison səs verəndən sonra söyləyib.

Bu gün səslər hesablanacaq və biz nəticənin nə olduğunu görəcəyik. Mən bu gecə ilə bağlı heç bir təxmin irəli sürmürəm.
Skot Morrison

Səsvermə məntəqəsinin çıxışında Morrisona hökümətin bu yaxınlarda təsdiq etdiyi Adani kömür mədəninə qarşı etiraz edən nümayişçi yaxınlaşıb. Lakin mühafizə xidməti baş nazirə yaxınlaşmadan onun qarşısını ala bilib.

Şorten seçki kampaniyasının şənbə səhər səs verdiyi Melburn şəhərindəki səsvermə mərkəzlərində aparıb.

Şorten deyib ki, o, Leyboristlərin bazar günündən etibarən ölkəni idarə edəcəyini təxmin edir. Onun dediyinə görə, əsas prioriteti az-maaşlı işçilərin əmək haqlarını artırmaq, bazar günü işləyənlərin maaşlarını artırmaq və Avstraliyanın istixanan qaz emissiyalarını azaltmaq olacaq.

“Bütün dünya biləcək ki, əgər Leyboristlər seçilsə, Avstraliya yenidən iqlim dəyişikliyinə qarşı mübarizə aparacaq”, o deyib.

Şorten Avstraliyanın istixana qazlarını azaltmaq üçün daha iddialı hədəflər platforması ilə seçki kampaniyası yürüdüb.

Avstraliya dünyanın ən böyük kömür və mayeləşdirilimiş təbii qaz ixracatçısıdır. Ölkə həmçinin kömürdən əldə olunan elektrik enerjisindən asılı olduğu üçün dünyanı adam başına ən çox karbon qazı ilə çirkləndirən ölkələrdən biridir.

Antarktidadan sonra dünyanın ən quru qitəsi olaraq Avstraliya meşə yanğınları və dağıdıcı fırtınalar kimi iqlim dəyişikliyinin təhlükələrinə açıqdır.

Hökümət Avstaliyanın 2030-cu ilədək emissiyaları səviyyəsinin 2005-ci ildən 26-28 faiz aşağı salacağını vəd edib. Leyboristlər isə eyni müddət ərzində emissiyaları 45 faiz azaldacağına söz verib.

XS
SM
MD
LG