Accessibility links

Suriyada ABŞ-ın dəstəklədiyi qüvvələrə qarşı etirzaların səbəbi nədir?


Kürd polis işçisi ABŞ-ın dəstəklədiyi nəzarət-buraxılış məntəqəsində suriyalı ərəb üzərində axtarış aparır. 28 mart, 2018.
Kürd polis işçisi ABŞ-ın dəstəklədiyi nəzarət-buraxılış məntəqəsində suriyalı ərəb üzərində axtarış aparır. 28 mart, 2018.

Artıq üçüncü həftədir Suriyanın şərqində yerləşən Deir Əl-Zur vilayətinin bəzi hissələrinin sakinləri bu yaxınlarda İslam Dövləti qrupunu ən son istinadgahında məğlub edən ABŞ-ın başçılıq etdiyi qüvvələrə qarşı etiraz edir.

Kürdlərin başçılıq etdiyi hərbi ittifaq Suriya Demokratik Qüvvələri ABŞ-ın yardımı İŞİD militantlarını Suriyanın şərqindən çıxarandan sonra regionun böyük hissəsinə nəzarət edib.

Lakin artan ərzaq qiymətləti, xidmət çatışmazlığı və İŞİD üzvləri olmaqda şübhəli bilinən insanların ixtiyarı şəkildə həbs olunmaları səbəbilə bir çox məyus yerli yeni administrasiyaya qarşı etiraz etmək üçün küçələrə axışıb.

Suriya İnsan Haqları Müşahidə Qrupunun direktoru Rami Əbdülrəhman deyib ki, “ bunlarla yanaşı, yerli ərəblər arasında kürdlərin Deir Əl-Zuru idarə etməsinə qarşı narazılıq artır”.

O, Amerikanın Səsinə bildirib ki, Suriya əyalətinin demoqrafik və siyasi quruluşunu nəzərə alaraq, orada etirazların olacağı gözlənilirdi.

Etnik gərinliklər

Deir Əl-Zur ərəblərin çoxluq təşkil etdiyi vilayətdir. Hazırda orada təhlükəsizlik və digər xidmətlərə kürdlər nəzarət edir. Lakin neftlə zəngin bu vilayətin bəzi hissələrinə Suriya qoşunları və müttəfiq yarı-hərbi dəstələr nəzarət edir.

Təhlilçilər xəbərdarlıq edir ki, Deir Əl-Zurda gərginliyin davam etməsi İŞİD-ə qarşı əldə olunan irəlilərişlərə təhlükə yaradır.

“Kürdlərlə ərəblər arasında hər hansı etnik gərginlik ərazidə vacuum yarada bilər. Bu da öz növbəsində İŞİD və digər qrupların yenidən üzə ortaya çıxmasına gətirib çıxara bilər”, Vaşinqtonda fəaliyyət göstərən Suriya siyasəti üzrə ekspert Ömər Hossino bildirib.

O əlavə edib ki, Suriya Demokratik Qüvvələrinin nəzarət etdiyi bəzi ərazilərdə artıq bir müddətdir etnik gərginlik yaşanır.

Suriya Demokratik Qüvvələrinin rəsmiləri deyib ki, onlar nüfuzlu qəbilə liderləri ilə danışıqlar apararaq vəziyyəti düzəltməyə çalışırlar.

“Biz ərəb tayfa liderlərinə demişik ki, bizim administrasiyada təkcə etnik kürdlər yer almır. Biz bu etirazlara əhəmiyyət verməməyə çalışmırıq. Əslində biz bu məsələni yaxında həll etməyə çalışırıq”, o, Amerikanın Səsinə bildirib.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüsü
ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin döyüşçüsü

Bəzi ekspertlər təklif edir ki, Suriya Demokratik Qüvvələri İŞİD-dən sonrakı dövrdə yerli ərəb əhalisini davamlı iqtisadi layihələrlə dəstəkləyərək öz hakimiyyətini möhkəmləndirmək istəyir.

“Əgər Suriya Demokratik Qüvvələri özünü Suriyanın şərqində daha yaxşı alternativ olaraq göstərmək istəyirsə, bu ərəb ərazilərdə yerlilərin 'qəlblərini qazanmalıdır'”, Ərbildə Səlahəddin Universitetinin siyasət və jurnalistika professoru Rədvan Badini bildirir.

Suriya Demokratik Qüvvələri İŞİD-in Deir Əl-Zurun bir çox hissəsinə təhlükə yaratdığını bildirir. Orada İŞİD-in qalıqlarını təmizləmək üçün əməliyyatlar davam etdirilir.

Suriya Demokratik Qüvvələrinin rəsmiləri deyir ki, hərbi baxımdan məğlub olmasına baxmayaraq, İŞİD-in Suriyanın şərqində hələ də gizli mövqeləri var.

Suriya bu həftə BMT-nin Təhlükəsizlik Şurasını “ABŞ və bəzi Qərb ölkələrinin dəstəklədiyi Suriya Demokratik Qüvvlərinin hücumları və xain əməllərinin” qarşısını almağa çağırıb.

Maşınlar yanacaq doldurma məntəqəsində növbədə gözləyir. 7 aprel, 2019.
Maşınlar yanacaq doldurma məntəqəsində növbədə gözləyir. 7 aprel, 2019.

ABŞ-ın neft sanksiyaları

ABŞ-ın maliyyə nazirliyi ötən ilin sonunda Suriya prezidenti Bəşər Əsədlə neft alış-verişi edən qurum və şəxslərə sanksiyalar tətbiq edib.

Hossino deyir ki, Deir Əl-Zurda baş verənlər “Tramp administrasiyasının son bir neçə ayda Suriyaya tətbiq etdiyi sanksiyaların nəticəsidir. Buna ötən il rejimlə neft ticarəti aparan Suriya Demokratik Qüvvələrinə aid qurumlara və yanvar ayının 3-də qüvvəyə minən Əsəd rejiminin neft idxallarına tətbiq olunan sanksiyalar daxidlir”.

Suriya Demokratik Qüvvələrinin rəsmiləri deyir ki, onlar Suriyanın şərqində İŞİD-in nəzarəti altında dörd ildir davam edən iqtisadi hərc-mərclikdən sonra yerli iqtisadiyyatı normallaşdırmaq istəyir.

Hossino deyib ki, bu yaxınlarda İŞİD-dən azad olunan ərazilərdə iqtisadi şəraiti yaxşılaşdırmağın bir yolu ABŞ-ın öz gücündən istifadə edərək Suriya Demokratik Qüvvələrinin Suriya hökümətindən asılılığını azaltmasıdır.

XS
SM
MD
LG