Accessibility links

Qanunvericilər ABŞ-ın İran siyasəti ilə bağlı fikir ayrılığı yaşayır


Qanunvericilər ABŞ-ın İran siyasəti ilə bağlı fikir ayrılığı yaşayır
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Prezident Trampın milli təhlükəsizlik müşaviri çərşənbə axşamı ABŞ qanunvericilərinə deyib ki, İranla Birləşmiş Ştatlar arasında artan gərginlik İslam Respublikasının qırx ildir sərgilədiyi aqressiyanın bir hissəsidir. Lakin administrasiyanın yürütdüyü arqument demokrat qanunvericiləri qane etmir. Onlar Yaxın Şərqdə daha ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır.

Administrasiya Konqresdə öz mövqeyini paylaşıb.

Biz vəziyyətin gərginləşməsini istəmirik. Məqsəd onları qorxutmaqdır, müharibə etmək deyil. Biz müharibəyə hazırlaşmırıq. Bunun məqsədi Yaxın Şərqdəki maraqlarımızı qorumağa davam etmək və oradakı missiyalarımızı yerinə yetirməkdir.
Patrik Şanahan

“Biz vəziyyətin gərginləşməsini istəmirik. Məqsəd onları qorxutmaqdır, müharibə etmək deyil. Biz müharibəyə hazırlaşmırıq. Bunun məqsədi Yaxın Şərqdəki maraqlarımızı qorumağa davam etmək və oradakı missiyalarımızı yerinə yetirməkdir” – deyə, müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan bildirib.

Dövlət katibi Mayk Pompeo deyib ki, bu yaxınlarda İran körfəzindəki neft tankerlərinə və Səudiyyənin boru kəmərlərinə hücumlar İranın işi ola bilər. Əgər bu davam etsə, prezident cavab tədbiri görməyə açıqdır.

“Fikrimcə, İran nə isə etsə, böyük səhv etmiş olacaq. Əgər onlar nə isə etsə, böyük güclə qarşılaşacaq, amma onların nə isə edəcəyinə dair bir əlamət yoxdur”, Donald Tramp söyləyib.

Lakin brifinq bəzi qanunvericiləri qane etməyib.

“Mən çox narahatam ki, biz qəsdən və ya istəmədən müharibənin baş verəcəyi bir vəziyyət yarada bilərik. Belə bir şey baş versə, bu müharibə illər boyu davam edəcək”, senator Berni Sanders deyib.

Twitter-də isə söz müharibəsi aparılıb. Orada İranın xarici işlər naziri Trampa “Hörmət etməyə cəhd et. Bunun nəticəsi olur”, deyə yazıb.

Demokratlar deyir ki, Tramp administrasiyasının İranla nüvə razılığından geri çəkilməsi ABŞ-ın İran üzərindəki gücünü aradan qaldırıb.

“Əgər iranlılar danışıq aparmağa hazır deyilsə və regionda təhrikedici əməllərini artırırlarsa, bu, bizim hazırda apardığımız siyasətin nəticəsidir” - deyə, demokrat senator Kris Mörfi bildirib.

ABŞ-ın müvəqqəti müdafiə naziri Patrik Şanahan və dövlət katibi Mayk Pompeo
ABŞ-ın müvəqqəti müdafiə naziri Patrik Şanahan və dövlət katibi Mayk Pompeo

Amma respublikaçılar deyir ki, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı mövqeyi nəticə verib.

“Biz elə bir məqamdayıq ki, rejimə müqavimət göstəririk və danışıq aparmağın qaydalarını dəyişirik. Biz onlara bildiririk ki, ‘siz keçmişdə bizə hücum etmisiniz, İraq müharibəsində onları 300 amerikalılnın ölümünə səbəb olan əldəqayırma partlayıcı qurğularla təmin etmisiniz. Amma o günlər artıq geridə qalıb’”, respublikaçı senator Lindsi Qraham söyləyib.

Demokratlar isə deyir ki, bu mövqenin əsasında siyasət dayanır.

“Dövlət katibi Pompeo çox uzun siyasi arqument irəli sürdü. O, mən onun sözünü kəsənə qədər 10 dəqiqə boyunca İranın dəhşətli əməllərindən bəhs etdi. Amma komitənin hər bir üzvü qalxıb, ‘biz İranın pis olduğunu bilirik. Bizim bununla bağlı gələcək siyasətimiz nə olacaq’ dedi” - Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit bildirib.

Ölkədaxili siyasi narahatlıqlar Trampın İranla bağlı strategiyasının xarici siyasət baxımından fikir ayrılıqlarına sahib iki partiya tərəfindən təsdiqlənməsini çətinləşdirə bilər, çünki artıq getdikcə daha çox demokrat prezidentin impiçmentinə çağırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya-Ukrayna gərginliyi fonunda Bayden-Putin görüşü baş tutub
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG