Accessibility links

Xarici işlər naziri: Modi tarixi qələbə qazanıb


Hindistanda seçki
Hindistanda seçki

Hindistanın baş naziri Narendra Modinin hindu millətçi partiyası ümummilli seçkidə tarixi qələbə qazanıb. Bu barədə cümə axşamı onun xarici işlər naziri xəbər verib. Rəsmilər bir neçə mərhələdən ibarət nəhəng seçkidən sonra yüz milyonlarla səsi hesablayır.

Hindistanın Seçki Komissiyasından əldə olunan rəsmi məlumatlara Modinin Bharatiya Canata Partiyasının (BJP) mövcud 542 yerdən 292-nin qazandığını göstərir. Bu isə parlamentin aşağı palatasında çoxluğu əldə etmək üçün lazım olan 272 yerdən çoxdur.

Bu, 1984-cü ildən bəri ilk dəfədir ki, bir partiya parlamentdə ard-arda çoxluğu qazanır.

BJP-ninbir digər yüksək vəzifəli lideri, xarici işlər naziri Suşma Svarac Twitterdə yazıb ki, BJP “böyük qələbə”qazanıb.

Seçki işçiləri səçki bülletenlərini ayırır
Seçki işçiləri səçki bülletenlərini ayırır

Nikbin BJP

Belə görünür, Modinin partiyasının parlamentdə yerlərin əksəriyyətini qazanması ölkədə nüfuzunu qoruyub saxlamaq istəyən Hindu qrupları cəsarətləndirəcək. Bu isə müsəlmanları narahat edir.

Bu qələbə həmçinin Modiyə hakimiyyətdəki son beş ili ərzində hökm sürən işsizlik və kəndlərdəki çətinliklərə qarşı mübarizə aparmaq üçün islahatları həayta keçirməyə imkan verəcək.

BJP-nin Yeni Dehlidəki qərargahında əhval-ruhiyyə yüksəkdir. Orada televiziya kanalların partiyanın öndə getdiyi barədə xəbər verəndə partiya işçiləri bayram edib.

Məyus Konqres

Konqres partiyasının liderləri məyusdur.

“Bu, heç bizim xeyrimizə deyil” – deyə, Konqresin sözçüsü Salman Soz bildirib. “Biz yekun nəticələri gözləməliyik, amma hələlik mənzərə yaxşı görsənmir”.

Hindistanın NDTV televiziya kanalının verdiyi məlumata görə, 600 milyon səslərin hesablanması başlayandan iki saat sonra, BJP-yə başçılıq edən Milli Demokratik İttifaq 324 yerlə öndə idi. Müxalif Birləşmiş Proqressiv Alyans (NDA) isə 111 yeri qazanıb.

NDTV və rəqib CNN News 18 kanalı seçkini Modinin ittifaqının qazandığını elan edib.

NDA-in səs fərqi seçkidən öncə keçirilən sorğu nəticələrində göstərilən səs fərqindən daha çoxdur. Sorğu nəticələri NDA-in ən böyük ittifaq olacağını, lakin əksəriyyətə sahib olmayacaqlarını göstərmişdi.

Yekun nəticələrin cümə axşamı açıqlanacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG