Birləşmiş Millətlər Təşkilatı cümə axşamı xəbərdarlıq edib ki, Əfqanıstanda hökümət tərəfdarı qüvvələrinin etdiyi hava hücumları nəticəsində ölən mülki vətəndaşların sayı artmağa davam edir.
BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) bildirdiyinə görə, ən son bənzər reydlər bu həftə Helman vilayətinin cənubunda və Kunar vilayətinin şərqində keçirilib və nəticədə azı 14 əfqan mülki vətəndaş öldürülüb. Missiya qurbanlar arasında beş qadın və yeddi uşağın olduğunu bildirir.
UNAMA verdiyi qısa bəyanatda bir daha qeyd edib ki, “münaqişənin bütün tərəflərinin mülki vətəndaşları təhlükədən qorumaq üçün beynəlxalq öhdəliklərini yerinə yetirməlidir”.
Son həftələrdə Əfqanıstan münaqişəsində gərginlik artıb. Belə ki, həm Əfqanıstan hökümətinin qüvvələri həm Taliban bir-birilərinin qüvvələri arasında ağır itkilərə səbəb olduğunu iddia edir. Döyüşlər nəticəsində onlarla mülki vətəndaş öldürülüb və ya xəsarət alıb.
17 illik müharibə on minlərlər mülki vətəndaşın ölümünə səbəb olub. Hər il tələfatların sayı artır. Tələfatların çoxuna görə, Taliban qiymaçılarının etdiyi hücumlar günahlandırılır.
Lakin ötən ay UNAMA hesabat yayaraq, 2019-cu ilin ilk üç ayında Əfqanıstanın təhlükəsizlik qüvvələri və ABŞ başda olmaqla onların beynəlxalq tərəfdaşları son on ildə ilk dəfə Taliban və digər qiyamçılardan daha çox mülki vətəndaş öldürülüb.
Hesabatda yanvarın 1 ilə martın 31 arasında 581 mülki vətəndaşın həlak olduğunu, 1,192 nəfərin yaralandığı bildirilir.
Mülki vətəndaşlara xəsarətlərin çoxunu qiyamçılar yetirsə də, hökümət tərəfdarı qüvvələr 305 əfqan mülki vətəndaşın ölümünə görə məsuliyyət daşıyır. Onların yarısı hava hücumlarında öldürülüb. UNAMA hava əməliyyatları nəticəsində ölən mülki vətəndaşların yarısından çoxu qadın və uşaqlardan ibarətdir.