Accessibility links

Peruda 8 bal gücündə zəlzələ baş verib


Perunun şərqində Amazon cəngəlliyinin ucqar hissəsində 8.0 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində evlər dağılıb, işıqlar kəsilib.

Rəsmilər zəlzələ səbəbilə qayanın evinin üzərinə düşməsi nəticəsində bir nəfərin öldüyünü bildirir. Azı altı nəfər yaralanıb.

Perunun prezidenti Martin Vizkarra zəlzələ nəticəsində dəymiş zərərlə tanış olmaq üçün əraziyə səfər etməyi planlaşdırır. Onun sözlərinə görə, torpaq sürüşmələri nəticəsində bir sıra yol bağlanıb.

Bazar günü baş verən zəlzələnin episentri Perunun şimalında Yurimaquas şəhərindən 92 kilometr uzaqlıqda yerləşir, lakin zəlzələ Yer kürəsi səthindən 114 kilometr dərinlikdə baş verdiyi üçün daha ciddi dağıntılar olmayıb.

Peruda zəlzələ tez-tez baş verir. Ölkə dünyanın ən aktiv seysmik ərazisi hesab edilən Sakit Okeanın “Alov Halqası” adlanan hissəsində yerləşir.

XS
SM
MD
LG