Accessibility links

Donald Tramp: Şimali Koreyanın raket sınağı məni narahat etmir


Donald Tramp: Şimali Koreyanın raket sınağı məni narahat etmir
please wait

No media source currently available

0:00 0:03:00 0:00

ABŞ prezidenti Donald Tramp deyir ki, Şimali Koreyanın bu yaxınlarda keçirdiyi qısa-mənzilli balistik raket sınağı onu narahat etmir. Bu isə bu sınaqların BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunun onun üçün əhəmiyyətli olmadığına işarə edir. Tramp bu sözləri Tokioda Yaponiya baş nazirinin yanında söyləyib. Şinzo Abe isə raket sınaqları barədə fərqli düşüncəyə malikdir.

Şimali Koreyanın bu ayın əvvəli üç qısa-mənzilli balistik raketi sınaqdan keçirdiyinə dair şübhə yoxdur.

Biz uzun yol qət etmişik. Heç bir raket sınağı keçirilməyib. Heç bir nüvə sınağı keçirilməyib. Bu baxımdan heç bir aktivlik olmayıb.
Donald Tramp

Kommersiya peyki hətta bu raketlərin birindən çıxan tüstünün şəklini də çəkib.

Lakin əgər siz Donald Trampın Yaponiyaya rəsmi səfəri zamanı etdiyi şərhləri dinləsəniz raketlərin heç sınaqdan keçmədiyini düşünə bilərsiniz.

“Biz uzun yol qət etmişik. Heç bir raket sınağı keçirilməyib. Heç bir nüvə sınağı keçirilməyib. Bu baxımdan heç bir aktivlik olmayıb”, Tramp deyib.

Tramp həmçinin raket sınaqlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu təkid edən işçilərinə də qarşı çıxıb.

“Mən buna fərqli yanaşıram. Mən bunu diqqət çəkmək istəyən bir insan olaraq qiymətləndirirəm, amma bəlkə də bu belə deyil. Kim bilir? Bunun əhəmiyyəti yoxdur. Bildiyim tək şey odur ki, nüvə sınağı olmayıb. Heç bir balistik raket atılmayıb. Heç bir uzun-mənzilli raket atılmayıb və düşünürəm ki, biz bir gün razılıq əldə edəcəyik,” ABŞ prezidenti Donald Tramp bildirib.

Trampın yumşaq yanaşması Şimali Koreya ilə dayandırılan nüvə danışıqlarını xilas etmək cəhdi kimi qiymətləndirilə bilər.

Lakin bu yanaşma Yaponiyanın baş naziri Şinzo Abe kimi ABŞ müttəfiqlərini çətin vəziyyətə salır.

“Şimali Koreyanın mayın 9-da qısa-mənzilli raketi sınaqdan keçirməsi BMT qətnamələrini pozur və dəfələrlə qeyd etdiyim kimi, son dərəcə təəssüf doğurur. Eyni zamanda isə mən bir daha prezident Trampla sədr Kimin yeni yanaşmasına hörmətimi ifadə etmək istəyirəm”, Yaponiyanın baş naziri Şinzo Abe söyləyib.

Şimali Koreyanın mayın 9-da qısa-mənzilli raketi sınaqdan keçirməsi BMT qətnamələrini pozur və dəfələrlə qeyd etdiyim kimi, son dərəcə təəssüf doğurur. Eyni zamanda isə mən bir daha prezident Trampla sədr Kimin yeni yanaşmasına hörmətimi ifadə etmək istəyirəm.
Şinzo Abe

Şimali Koreyanın silahlarının yaratdığı riskə ən çox açıq Cənubi Koreyanın höküməti Trampın Şimali Koreyaya yanaşmasını dəstəkləyir. Hökümətin əsas prioriteti Koreyalar arası münasibətləri yaxşılaşdırmaqdır.

“Tramp administrasiyası Pxenyanla Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı mənalı danışıqlar aparacağına ümid bəslədiyi təqdirdə, nə üçün qısa-mənzilli raketlərə qarşı yanaşması çevik olmasın?”- Yonsei Universitetinin Şimali Koreya Araşdırmaları İnstitutu Bonq Yonqşik deyib.

Bəzi təhlilçilər narahatdır ki, Tramp kiçik miqyaslı raket testlərinə əhəmiyyət verməyərək Kimin daha böyük silahları sınaqdan keçirməsinə icazə verir. Başqaları isə bunun Kim və Trampın bir-birilərini nüvə silahı ilə məhv etməklə hədələdiyi 2017-ci ilə geri dönməkdən daha yaxşı olduğunu deyir.

“Bu şərtlər altında axmaq addım atmamaq xarici siyasət baxımından çox mühümdür. Bunu etmək isə hər hansı hökümət üçün asan deyil. Addım atmamaq asan deyil”, Yonqşik bildirib.

Tramp bazar ertəsi bir daha deyib ki, o, Şimali Koreya ilə nüvə razılığı əldə etməyə tələsmir. Amma Kim onunla eyni fikirdə deyil. O, ötən ay Trampa yanaşmasını dəyişməsi üçün ilin sonunadək möhlət verdiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG