Accessibility links

Kabildə hücum


Əfqanıstanın paytaxtı Kabildə həyata keçirilən hücumun məsuliyyətini Taliban üzərinə götürüb. Diplomatik missiyalar və hökumət binalarının yerləşdiyi ərazidəki hücum atışma ilə müşayiət edilib.

Taliban “xarici işğalçılar” adlandırdığı insanların qaldığı qonaq evini hədəf alıb.

Bugünkü hücum Qəndəhar hava limanının 27 saat tutulmasından sonra həyata keçirilib.

10 silahlı Taliban yaraqlısının hücumu nəticəsində 39-u mülki vətəndaş olmaqla, 54 adam ölüb.

İyunun 13-də Əfqanıstanın şərq bölgəsindəki yoxlanış məntəqəsində intiharçı hücumu 8 nəfərin ölümü, 12 adamın yaralanması ilə nəticələnib.

Vilayət rəsmiləri ölənlər arasında təhlükəsizlik personeli və mülki vətəndaşların olduğunu bildirib.

Hücum Nanqarhar vilayətinin Cəlalabad şəhərində törədilib.

Polis sözçüsü Amerikanın Səsinə bildirib ki, öldürülənlər arasında yüksək rütbəli komandir də olub.

Hücumun məsuliyyətini üzərinə alan olmasa da, Taliban və İslam Dövləti terrorçuları hökumət qüvvələrinə qarşı davamlı hücumlar həyata keçirir.

XS
SM
MD
LG