Səudiyyənin başçılıq etdiyi koalisiya Yəmənin paytaxtı Sənada İranın müttəfiq olduğu Husi qüvvələrinə qarşı hava hücumu edib.
Hücum nəticəsində şəhərin husilərin nəzarəet etdiyi hissəsində hava müdafiə sistemləri və digər hərbi mövqelər vurulub. Hücum husilər Səudiyyənin hava limanına raket hücumu etməsindən bir neçə gün sonraya təsadüf edib.
Səudiyyəlilərlə husilər bir-birilərinə hücum edir
Qərbin dəstəklədiyi sünni müsəlman koalisiyası husilər tərəfindən Sənadan qovulan beynəlxalq ictiamiyyətin tanıdığı hökümərti bərpa etmək məqsədilə 2015-ci ildən bəri Yəməndə husilərə qarşı döyüşür.
Husilər son aylarda Yaxın Şərqdə İran və Birləşmiş Ştatlarla müttəfiq olan ərəb ölkələri arasında gərginliyin artdığı bir vaxt dron və raket hücumlarını gücləndirib.
Yəmən münaqişəsi regionda İranla Səuudiyyə Ərəbistanı arasında vasitəçilik müharibəsi olaraq görülür. Lakin husilər Tehrandan göstəriş aldıqlarını inkar edir və korrupsiyaya qarşı mübarizə aparmaq üçün döyüşdüklərini bildirir.
Mülki vətəndaşlar arasında tələfat
Birləşmiş Millətlər Təşkilatı və yardım agentliklərinin bildirdiyinə görə, Yəməndəki vətəndaş müharibəsi nəticəsində 10 mindən çox insan ölüb, yoxsul ölkə aclıq fəlakəti qarşısındadır.
Səudiyyə rəsmiləri bildirir ki, husilərin çərşənbə günü Səudiyyə Ərəbistanının Abha hava limanına hücumu nəticəsində 26 nəfər xəsarət alıb.
Human Rights Watch təşkilatı hücumu qınayıb.
“Səudiyyənin başçılıq etdiyi koalisiyanın Yəməndə apardığı qanunsuz hava hücumları husilərin səudiyyəli mülki vətəndaşlara hücumuna haqq qazandırmır” - deyə, təşkilatın Yaxın Şərq proqramının direktor müavini Maykl Peyc bildirib.
Gərginliyin artması Yəmənin əsas liman şəhəri Hudeydədə BMT-nin başçılığı ilə aparılan sülh təşəbbüsünə təhlükə yarada bilər.Yoxsul ölkəyə kommersiya və yardım idxallarının böyük hissəsi Hudeydədən keçir.