Accessibility links

Diplomatlar: Avropalılar Maduroya qarşı sanksiyaları nəzərdən keçirir


Nikolas Maduro
Nikolas Maduro

Associated Press-in verdiyi məlumata görə, Avropanın əsas ölkələri Venesuelanın prezidenti Nikolas Maduro və bir neçə yüksək vəzifəli rəsmisinə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir, lakin onlar arasında ölkəni böhrandan çıxarmaq üçün aparılan danışıqlara mane olmaq qorxusu səbəbilə hər hansı addımın zamanlaması ilə bağlı fikir ayrılıqları mövcuddur.

Beş ölkə - Birləşmiş Krallıq, Fransa, Almaniya, İspaniya və Niderland – maliyyə və səyahət məhdudiyyətlərini nəzərdən keçirir. Bu barədə plandan xəbərdar olan diplomatlar və Venesuela müalifətinin üzvləri xəbər verib.

Venesuelanın müxalifət lideri Xuan Quaydo
Venesuelanın müxalifət lideri Xuan Quaydo

Maduronun adı sanksiyaların tətbiq oluna biləcəyi onlarla rəsminin arasında olsa da, son qərar verilməyib. Beş ölkədən ibarət qrup Avropa İttifaqının icraçı qoluna rəsmi təklif irəli sürmədən öncə aralarındakı fikir ayrılıqlarını həll etməlidir.

Onlar müdafiə naziri Vladimir Padrino daxil olmaqla müxalifət lideri Xuan Quaydonun müttəfiqlərinin həbsində əli olan silahlı qüvvələr və ədliyyənin yüksək vəzifəli üzvlərini cəzalandırmaq üzərində razılıq əldə edib. Bundan əlavə siyahıya rabitə naziri Xorxe Rodrigez, Maduronun yüksək vəzifəli yardımçısı və Norveçdə aparılan danışıqlardakı nümayəndəsi Xorxe Markez daxil edilib.

Mənbələrin verdiyi məlumata görə, məhdudiyyətlər üçün hüquqi zəminin hazırlanmasında irəliləyiş əldə olunur, lakin əsas maneə bu məhdudiyyətlərin Norveçin Maduronun nümayəndələri ilə müxalifət lideri Xuan Quaydo arasında vasitəçilik səylərinə göstərə biləcəyi qeyri-müəyyən təsiridir.

“Bizim prioritetimiz yeni sanksiyalar tətbiq etmək deyil, amma Venesuela hökümətinin üzvlərinə təzyiqləri azaltmaq da deyil. Hazırda əsas diqqət Norveçdə aparılan danışıqlara yönəldilib” – deyə, İspaniyanın xarici işlər nazirliyinin işçisi bildirib.

Sanksiyaların siyasi zamanlaması mühümdür və hazırda konsensusun əldə olunmasını çətinləşdirən də budur”, Avropa İttifaqının yüksək vəzifəli diplomatı bildirib. “Lakin Oslo danışıqları çöksə və ya Venesuelada yeni həbslər olsa, bu çox qısa zamanda dəyişə bilər.

Norveçdə baş tutan iki görüşdən sonra şənbə günü müxalifət hələ ki, gələn həftə Barbadosda keçirilməyi nəzərdə tutulan üçüncü görüşə razılıq verməyib. 50-dən çox ölkə tərəfindən Venesuelanın müvəqqəti prezidenti kimi tanınan Quaydo Maduro erkən prezident seçkisinin keçirilməsinə çağırmayanadək danışıq masasına oturmayacağını söyləyib.

İsveç höküməti də cümə günü bu həftə Venesuealada maraqları olan əsas qüdrətlər arasında danışıqlara ev sahibliyi etdiyini təsdiq edib. Stokholmda keçirilən danışıqlarda Venesuela hakimiyyəti uğrunda mübarizə aparan tərəflər iştirak etməsə də, Maduronun əsas maddi və hərbi dəstəkçisi olan Rusiyadan diplomatlar habelə Avropa İttifaqının Venesuela üzrə yeni nümayəndəsi Enrike İqlesias iştirak edib.

Tramp administrasiyası iki il öncə Maduronu ABŞ-dakı aktivləri dondurulan və amerikalılar ilə biznes aparmaları qadağan olunan 100-dən çox venesuelalı rəsmisindən ibarət siyahıya daxil edib.

Lakin Avropa İttifaqı ABŞ və Kanada kimi cəld davranmayıb, çünki 4 milyondan çox insanın qaçdığı ölkədə səfaləti dərinləşdirən siyasi baxımdan çıxılmaz vəziyyətə son qoyacaq razılığa mane olmaqdan qorxub. Aİ-nin təmkinli yanaşması Venesuela müxalifətinin tənqidlərinə səbəb olub.

Hazırda Avropa İttifaqının sanksiyaları nəzərdən keçirməsinə təsir edən faktorlardan biri Venesuela hökümətinin bu yaxınlarda apardığı siyasi təqiblərdir ki, bu təqiblər nəticəsində müxalifətin nəzarət etdiyi konqresin liderinin müavini həbs olunub. Bundan əlavə 18 qanunvericinin toxunulmazlığı da aradan qaldırılıb.

Maduro iddia edir ki, təqiblər zamanı aprelin 30-da baş verən hərbi qiyam cəhdini dəstəkləyən qanunvericilər hədəf alınıb. Quaydo həmin çevriliş cəhdinin Venesuela demokratiyasını bərpa etmək cəhdi olduğunu bildirib.

Venesuelada ədalətli və azad seçkilərin keçirilməsinə yol açmaq eyni zamanda isə ölkəyə humanitar yardımın daxil olmasını təmin etmək istəyən Avropa İttifaqı ictimai bəyanatlarında sanksiya tətbiq edəcəyini istisna etməyib. Aİ-nın hər hansı sanksiya tətbiq etməsi üçün ittifaqın 28 üzvünün hər biri bunu dəstəkləməlidir. Onlardan dördü, İtaliya, Yunanıstan, Slovakiya və Kipr isə Quaydonu Venesuelanın qanuni lideri olaraq tanımır. Britaniya isə sanksiyaların əsas dəstəkçisidir.

Xuan Quaydo və Nikolas Maduro
Xuan Quaydo və Nikolas Maduro

“Sanksiyaların siyasi zamanlaması mühümdür və hazırda konsensusun əldə olunmasını çətinləşdirən də budur”, Avropa İttifaqının yüksək vəzifəli diplomatı bildirib. “Lakin Oslo danışıqları çöksə və ya Venesuelada yeni həbslər olsa, bu çox qısa zamanda dəyişə bilər”, o əlavə edib.

Avropa Şurası 2017-ci ildən bəri tətbiq etdiyi silah embarqosu və polisin iğtişaş formasının ixracına qadağa qoymasından əlavə artıq 18 nəfərin aktivlərini dondurub və onların ittifaq ərazisinə səfər etməsini qadağan edib. Venesuelanın vitse-prezidenti Delsi Rodrigez və sosialist partiyasının sədri Diosdado Kabello da daha öncə sanksiya tətbiq olunanlar arasındadır, lakin Avropa İttfaqı indiyədək Maduronu şəxsən hədəf almaqdan çəkinib.

Müxalifət Avropa İttifqını Maduronu beynəlxalq müşahidəçilərin nəzarət etdiyi ədalətli və şəffaf prezident seçkisi keçirməyə razı salmaq üçün yeni sanksiyalar tətbiq etməyə inandırmağa çalışır. Onlar iddia edir ki, hökümətdəki bəzi insanların tərəf dəyişərək, hərbi qiyamı dəstəkləməsində ABŞ sanksiyaları böyük rol oynayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG