Accessibility links

Honq Konqun qeyri-müəyyən gələcəyi


Honq Konqun qeyri-müəyyən gələcəyi
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Yarı-muxtar Çin şəhəri Honq Konq rəsmiləri mübahisəli ekstradisiya qanun layihəsindən geri çəkilsələr də, şəhərin gələcəyi hələ də narahatlıq mövzusudur.

Honq Konq 30 ilə yaxın, yəni 2047-ci ilədək Çinin bir hissəsi olmayacaq. Lakin bu yarı-muxtar şəhərin bir çox sakini Pekinin nüfuzu ilə artıq dəyişikliklərin baş verdiyini düşünür.

Genişmiqyaslı nümayişlər zamanı bir sual mövcud idi. Çinin siyasiləşdirilmiş ədliyyə sitemində mühakimə edilmək istərdinizmi? Honq Konqluların cavabı "xeyr" olmuşdu.

Təxminlərə görə aksiyalara 2 milyon insan toplaşmışdı. Bu, Honq Konq əhalisinin dörddə biri deməkdir. Onlar hökumətin ekstradisiyasına etiraz edirdi. Şəhər əhalisinin dörddə biri məcburi şəkildə Çinin ədliyyə sisteminə tabe olunamısnın əleyhinə çıxmışdı.

Hökumətin qanun lahiyəsini daynadırması Honq Konqun gələcəyini qeyri-müəyyən edib. Bir çoxları isə şəhəri tərk etməkdən əlavə seçimi olmadığını düşünür.

"Bu, artıq baş verir. Mənim yaşıdların 3-40-yaşlarında insanlar artıq plan qurur, ətrafa nəzər salır" - deyə, Edvin Çeunq bildirib.

"Bəlkə daha demokratk, Qərbdə bir yer" , şəhər sakini Konner deyib.

"Bəli, burada yaşamayacağıma görə utanıram", Frank adlı sakin bildirib.

"Biz ya Tayvan, ya da Avstraliyaya gedəcəyik, elə bir yerə ki, Çinin nəzarətində deyil", Billi Li bildirib.

Honq Konqun beynəlxalq maliyyə mərkəzinin reputasiyasına da xələl gəlmiş olacaq.

"Honq Konqdan insanlar tərəfindən Asiya bazası kimi istifadə edilməsinin səbəblərindən biri onların Çin bazarlarına çıxışı idi. Digər tərəfdən özəl mülkiyyətin, qanunun aliliyinin yaxşı müdafiəsi ilə müstəqil hüquq sistemi mövcuddur. Amma kiçik bir dəliklə Çinin hüquq sisteminin müdaxiləsi ciddi nəticələr verə bilər"- deyə, vəkil kevin Yam deyib.

Qanun həyata tətbiq edilməsə də, biznes icmaları da ekstradisiya qanunun reallığından narahatdır.

Amerikanın Ticarət Palatası, Britaniyanın Ticarət Palatası, Avropanın Ticarət Palatası bununla bağlı ciddi narahatlıq ifadə edib. Bu, bir ölkədə iki hüquqi sistemə tam ziddir.

Honq Konqun demokratik təsisatlarının qeyri-mükəmməliyi insanlara etiraz etməkdən başqa seçim vermir. Hazırda isə etirazlar dalğası genişlənməkdə davam edir.

XS
SM
MD
LG