Accessibility links

Polis virtual reallıq təlimləri vasitəsilə autizmli insanlarla rəftar etməyi öyrənir


Polis virtual reallıq təlimləri vasitəsilə autizmli insanlarla rəftar etməyi öyrənir
please wait

No media source currently available

0:00 0:02:14 0:00

Artıq aurizmlə bağlı daha çox məlumat var və ABŞ-ın Xəstəliklərə Nəzarət və Porfilaktika Mərkəzinin veridiyi məlumata görə, autizm artıq geniş yayılıb. Buna görə də, hüquq mühafizə orqanlarının autizm və digər xəstəlikləri olan insanlarla necə rəftar etməyi öyrənmələri çox mühüm hal alır.

Ötən il Texasın Qraham şəhərində autizmi olan 19 yaşlı Maykl Murla polis arasında qarşıdurma baş vermişdi.

“O, həyətdə oynayırdı. Sonra bir qonşu polisə şikayət edib ki, o, onların hasarlarına daş atır. Bu şikayət nəticəsində polis onun boğazını sıxıb, yerə atıb, iki dəfə elektrik şoku vurdu” – deyə, Maykl Murun anası Treysi Mur bildirir.

Çikaqo polisi isə bu cür halların qarşısını almaq üçün autizmli və şizonfrenik xəstələrlə rəftar etməyin yollarını öyrənmək məqsədilə virtual reallıq təlimləri keçir.

Təlim proqramı elektroşok cihazının yaradıcısı Axon şirkəti tərəfindən hazırlanıb.

Axon-un baş icraçı direktoru Patrik Smit deyir ki, o, polisə autizm kimi xəstəliklər səbəbilə özlərini doğru ifadə edə bilməyən insanlarla daha yaxşı rəftar etməyi öyrətmək istəyir.
“Cinayətkara qarşı istifadə etdiyiniz bəzi ənənəvi polis taktikalarınız əqli sağlamlığında problem olan insanlarda əks təsir yarada bilər. Ona görə də, bu ekspertləri bir araya gətirərək və bu texnologiyadan yeni vasitə kimi istifadə edərək biz zabitlərə bu cür həssas vəziyyətlərdə necə davranmalı olduqlarına dair təlim keçə bilərik”, o deyir.

Autism Speaks (Autizm Danışır) adlı hüquq müdafiə qrupundan Deyvid Kearon deyir ki, bu problemə artıq yavaş-yavaş diqqət yetirilir.

“Bəli, məncə məlumat çatışmazlığı var, amma yaxşı xəbər də odur ki, artıq daha çox hüquq mühafizə orqanları bunu dərk edir”, o deyir.

Autizmli insanlarla rəftarda polis maşının yanıb-sönən işıqları və qışqırıq hər şeyi daha da çətinləşdirə bilər. Smit deyir ki, polis zabitləri problemi dərk edib, ona daha effektiv şəkildə yanaşmağı öyrənir.

ABŞ höküməti hər 40 nəfərdən birinin autizminin olduğunu təxmin edir. Bu isə o deməkdir ki, onların polislə əlaqəsi olacaq, amma nəticə belə olmamalıdır.

“Əgər onlar beş dəqiqə vaxt ayırıb, qapımı döyüb onun həqiqətən də burada yaşayıb-yaşamadığını öyrənməyə çalışsalar, bunların qarşısı alına bilərdi, Treysi Mur deyir.

Axon bildirir ki, onlar təlim proqramını ölkə boyu digər polis idarələrinə də təqdim edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG