Accessibility links

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi


Birləşmiş Ştatlar İran hökümətinin davranışlarını dəyişməyə vadar etmək məqsədilə ölkə iqtisadiyyatına əlavə təzyiq göstərmək üçün bazar ertəsi İrana qarşı yeni sanksiyalar tətbiq edib.

ABŞ prezidenti Donald Tramp "ağır zərbəli" sanksiyaların İranın ali ruhani lideri Ayətulla Əli Xameneyini hədəf alacağını deyib.

Bu gün sanksiyaların tətbiqinə dair ABŞ dövlət başçısının imzaladığı sənəd Xameneyi və onun ölkəsinin dünya maliyyə bazarlarına çıxışını məhdudlaşdıracaq.

Amerikanın maliyyə naziri Steven Mnuçin bildirib ki, bu addım sözün əsl mənasında İranın on milyardlarla dollarlıq əmlakını "qıfıllamış" olacaq.

ABŞ lideri sərəncamın Tehranın ötən həfə ABŞ dronunu vurmasına "güclü və proporsional" cavab adlandırıb.

Dövlət katibi Mayk Pompeo yeni tədbirləri “mühüm”adlandırıb, lakin rəsmi açıqlamadan öncə müxbirlərə əlavə detal verməkdən imtina edib.

O, Tramp administrasiyasının İrana qarşı mübarizə aparacaq müttəfiq koalisiya yaratmaq səylərini davam etdirmək üçün Səudiyyə Ərənistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfərindən öncə müxbirlərlə danışıb. Pompeo bazar ertəsi Səudiyyə kralı Salman və vəliəhd şahzadə Məhəmmən bin Salmanla görüşüb.

İran nüvə silahları üzərində çalışdığını rədd edib və 2015-və ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya ilə razılıq imzalayaraq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətini məhdudlaşdırmağa razılaşıb.

Lakin ABŞ-la İran arasında münasibətlər Donald Trampın hakimiyyəti dövründə pisləşib, xüsusilə də onun ötən il razılıqdan geri çəkilib, yeni iqtisadi sanksiyalar tətbiq etməsindən sonra.

Tramp razlığın zəif olduğunu deyir və İranın ballistik raket proqramına məhdudiyyətlər tətbiq etmədiyi üçün onun əleyhinə çıxır.

İran isə raket proqramının qanuni və müdafiə üçün lazımlı olduğunu təkid edir. Tehran 2015-ci ildə əldə olunan razılığı imzalayan digər ölkələrin İrana iqtisadi yardım etmələrini istəyib, xüsusilə də neft proqramına, çünki ABŞ İranın neft ixraclarını kəsmək üçün sanksiyaları gücləndirib.

Tramp şənbə günü sanksiyalarla bağlı atdığı bir neçə tvitdə bildirib ki, o, İrana qarşı “sanksiyaların qaldırıldığı və onların yenidən səmərəli və çiçəklənən dövlət" olacağı günü gözləyir.

O həmçinin NBC-nin Meet the Press verilişinə mühasibəsində deyib ki, İranla “müharibə etmək istəmir və İran liderləri ilə heç bir şərt olmadan danışıqlar aparmağa hazırdır”.

Tramp bunları Birləşmiş Ştatlarla İran arasında gərgin hadisələrin baş verməsindən bir həftə sonra söyləyib.

ABŞ rəsmiləri bu yaxınlarda Tehranı Hörmüz boğazında iki neft tankerinə mina hücumuna və daha sonra ABŞ dronunun vurulmasına görə günahlandırmasından sonra iki ölkə arasında mümkün silahlı qarşıdurma ilə bağlı narahatlıqlar artıb.

Tramp cümə axşamı bildirib ki, o, İranın bir neçə hədəfinə qarşı cavab hücumlarını təxirə salıb. Lakin ABŞ xəbər mənbələrinin verdiyi məlumata görə, Tramp cümə axşamı həmçinin ABŞ Kibernetika Komandanlığının İranın kəşfiyyat qrupunun raketləri idarə edən kompüter sistemlərinə hücumunu təsdiqləyib.

Dünya qüdrətləri insidentlərdən sonra sakitliyə çağırıb.

XS
SM
MD
LG