Accessibility links

Tramp G-20 sammiti üçün Yaponiyaya yola düşüb


ABŞ prezidenti Donald Tramp cümə axşamı Yaponiyanın Osaka şəhərinə gedib. Orada o, Böyük İyirmiliyin liderləri ilə birlikdə sammitdə iştirak edəcək.

Tramp sammit çərçivəsində bir neçə ikitərəfli görüş keçirəcək. O, cümə axşamı Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin, cümə günü isə Çin prezidenti Şi Tsinpin ilə danışıqlar aparacaq.

ABŞ-Çin danışıqlarında ticarət məsələsinin və hər iki tərəfin tarifləri artırmasının müzakirə olunacağı gözlənilir.

ABŞ rəsmiləri deyib ki, Trampın Putinlə görüşünün dəqiq gündəmi yoxdur, lakin onlar iki liderin böyük ehtimalla Ukrayna, Yaxın Şərq və Venesuela kimi məsələləri müzakirə edəcəyini təsdiqləyib.

Trampın həmçinin G-20 iclaslarında administrasiyasının İrana qarşı iqtisadi təzyiq göstərməyə, ölkə üçün mühüm neft gəlirini kəsmək və nüvə proqramı ilə bağlı yeni danışıqlar başlatmaq istədiyini bildirəcək.

Sammitdən sonra Tramp Cənubi Koreya prezidenti prezidenti Mun Caeinlə Şimali Koreya ilə gərginliyi azaltmaq yollarını müzakirə etmək üçün Seula yola düşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG