Accessibility links

Avropada istilik dalğası


Avropada istilik dalğası
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Avropa ölkələrini erkən yay istiliyi dalğası vurub. Rəsmilər bu səbəbdən sakinlərini bürkülü istilik və rütubətin təsirlərindən qorumaq üçün hazırlıqlar görməyə çalışır.

Avropalılar bu həftə iyun ayında qeydə alınan rekord temperaturlarla üzləşəcəklər. Fransa və digər ölkələrdəki səhiyyə rəsmiləri vətəndaşlara xəbərdarlıq edir ki, istilik dalğası həftə sonunadək davam edəcək və onlar yalnız gecə bir az rahatlaşacaq.

Bu istilik dalğasının həftənin sonunadək davam edəcəyi və temperaturun artacağı gözlənilir, xüsusilə də həftə içi gecə temperaturlarının.
Aqnes Buzin

“Bu istilik dalğasının həftənin sonunadək davam edəcəyi və temperaturun artacağı gözlənilir, xüsusilə də həftə içi gecə temperaturlarının” - deyə, Fransanın səhiyyə naziri Aqnes Buzin bildirib.

Bir çox Avropa ölkəsinin rəsmiləri xəstəxanlara ekstremal temperatur səbəbilə yaranan fövqəladə vəziyyətə hazır olmalarına dair göstəriş verib. İstilik, rütubət və tullantılar xüsusilə yaşlılar və uşaqlar üçün təhlükəlidir. Lakin rəsmilər hər kəsə ehtiyatlı olmalarına dair xəbərdarlıq edir, çünki istilik termometrlərin göstərdiyi temperaturdan daha yüksək olacaq.

“Çox ehtiyatlı olmaq, gündüzlər fiziki fəaliyyətdən uzaq durmaq və əlbəttə ki, çoxlu maye içmək lazımdır. Həkimlər gündə azı iki litr su içməyi tövsiyə edir”, Almaniya Hava Xidmətindən Andreas Fridrix bildirib.

Bir çox şəhərlərin mərkəzi meydanlarında şəhər sakinləri və ziyarətçiləri sərinlətmək üçün fəvvarələr yerləşdirilib. Zoopark işçiləri isə heyvanları sərinlətmək üçün onların üzərinə su sıçradır, ya da buz verir.

Avropada 2003-cü ildə istilik dalğası 35 min insanın ölümünə səbəb olub, onların əksəriyyəti, yəni 15 mini Fransada.

Avropada istilik dalğası
Avropada istilik dalğası

“Keçmişdə də istilik dalğaları olub, amma onlar indikindən daha qısa müddət davam edib. Amma biz bilirik ki, gələcək illərdə Parisdə bu cür istilik dalğaları bir, iki və ya üç ay davam edə bilər. Biz çox yaxşı bilirik ki, insanların Paris kimi daşdan tikilən şəhərdə yaşamaları çox çox çətinləşəcək”, Parisin meri An Hidalqo bildirib.

Metereoloqlar deyir ki, ən son kəskin istilik dalğası qlobal istiləşmənin planetə təsirini göstərir və ekstremal hava şəraitləri daha tez-tez baş verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG