Accessibility links

İran nüvə müzakirələrinə qayıtmayacaq -Təhlilçi rəyləri


İran nüvə müzakirələrinə qayıtmayacaq -Təhlilçi rəyləri
please wait

No media source currently available

0:00 0:02:51 0:00

İran bazar ertəsi aşağı səviyyəli uran zənginləşdirilməsinə qoyulan məhdudiyyətə əməl etməyəcəyini bəyan edib. Bu isə 2015-ci ildə əldə edilən nüvə razılığının şərtlərinə ziddir. Bu addım razılığı imzalayan ölkələri Tehranı ABŞ sanksiyalarından xilas etməyə vadar edib.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, ölkəsi Tramp administrasiyasının tərk etdiyi razılığın şərtlərinə uyğun hərəkət edir.

"Daha əvvəl elan etdiyimiz kimi İran 300 kiloqramlıq limiti keçir. Biz çox aydın şəkildə bunu demişik və indi bunun icrasına başlayırıq. Bunu beynəlxalq razılığın şərtlərinə uyğun şəkildə həyata keçiririk."

İran liderləri ABŞ sanksiyalarından xilas olmağa çalışır. Bunu təhlilçi Katrin Bauer bildirib.

"Onlar aşağı səviyyədə zənginləşdrilmiş uranın ixracına çalışır, iqtisadi rahatlıq yollarını axtarır. Yeni müzakirələrə başlamaq ümidi ilə rıcaqların işə salınmasına çalışır. Lakin bunun yaxın zamanda baş verəcəyini düşünmürəm."

Tramp administrasiyası İrana qarşı ciddi sanksiyalar tətbiq etməklə o ölkəni Trampın yararsız adlandırdığı razılıqla bağlı müzakirələr masası arxasına keçməyə vadar edir. Təhlilçi Alan Makovski isə hesab edir ki, İran yaxın gələcəkdə bunu qəbul etməyəcək.

"Məncə İran Tramp administrasiyası dövründə buna getməyəcək. Tehran 2020-ci ildə Trampın hakimiyyətdən getməsini yeni başlağıc kimi görür."

Makovski düşünür ki, müzakirələrə qayıtmaq İran üçün ciddi itki ola bilər.

O hesab edir ki, İran Yəməndə husiləri silahlandırmaqla, üçüncü bir tərəf vasitəsi ilə hücumlara keçəcək.

"İran etiraz etdiyi Amerikanın sanksiyaları və digər siyasətlərinə cavab məqsədi ilə həmişə tərəfdarlarından istifadə edir. Çünki bu ona müəyyən bir həqitətuyğun etiraz gücü vermis olur."

Lakin nə İran, nə də Amerika müharibə istədiklərini bildirib. İranın provokasiyalarına hərbi cavab verilməsi təzyiqləri altında olan Donald Tramp tələsmədiyini deyib.

"Sanksiyalar qüvvədədir. Mən İranla bağlı tələsmirəm. Əgər siz tələsirsinizsə özünüzü problemə ata bilərsiniz."

Analitiklər sanksiyaların gözlənilən nəticələrinin nə zaman ortaya çıxacağını bilmir. Makovski deyir ki, Səddan Hüseyn dövründə İraq sanksiyalardan qoruna bilib, Şimali Koreya isə illərlə davam edən beynəlxalq sanksiyalara baxmayaraq, 6 nüvə silahını sınaqdan çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG