Accessibility links

Vaşinqton gözəli seksual təcavüzə qarşı


Vaşinqton gözəli seksual təcavüzə qarşı
please wait

No media source currently available

0:00 0:02:05 0:00

#MeToo hərəkatı dövründə Vaşinqton mahalının gözəli öz titulundan seksual zorakılıqların qurbanlarına yardım və bununla bağlı maairifləndirmə üçün istifadə edir. 25 yaşlı Katlin Koks “Səssizlik razılıq deyil” adlı təşkilatın icraçı direktorudur. Bu təşkilat zorlama qurbanlarının reabilitasiyası ilə yanaşı, uşaqlara seksual təcavüzdən qorunmaq yollarını öyrədir.

Vaşinqton mahalı gözəli təşkilatı hər il paytaxda çalışıb nailiyyət qazanan gənc qadınların rolunu önə çəkir.

Katlin Koks 2019-cu ilin qalibidir.

"Miss DC Miss Amerika proqramı çərçivəsində fəaliyyət göstərir. Bu proqram müsabiqə iştirakçılarını 25 min dollarla təmin edir. Qalib isə 10 min dollar təqaüd alır. Tədris üçün başqa mükafatlar da var."

Təşkilat gənc qızlara yalnız istedadlarını nümayiş etdirmək üçün platforma vermir. Həm də onların maraq göstərdiyi sosial proqramlara imkan yaradır. Koks üçün bu, seksual təcavüz qurbanlarına yardım oldu.

“Səssizlik razılıq deyil" adlı təşkilat 2016-cı ildə təsis edilib və seksiual zorlanmalara məruz qalanlara reabilitsiya ilə yardım göstərir. Bununla bərabər xəbərdarlıqlar da verilir. Mən özüm belə qurbanlardan biriyəm. Kollecdə ikən zorlanmışam. Mən öz acı təcrübəmdəm istifadə etməklə, digərlərinə yardım edirəm. Buna görə də bu təşkilatı təsis etdim və birinci qanunun qurbanlarının lobbiçiliyinə başladım."

Koks deyir ki, qanunvericilər qarşısında lobbiçiliyini davam etdirəcək.

"Mən qurbanların hazırkı durumda təqiblərə alət olduğuna dair siyasətə etirazımı bildirəcəm. Onlarların xilasa ehtiyacı var. Mən bu siyasəti dəyişmək istəyirəm."

Koks Miss D.C. 2019 vəzifəsini davam etdirməklə yanaşı, təcavüz qurbanlarına yardım etməkdə davam edəcəyini deyir. 2020-ci ilin sentyabr ayında keçiriləcək Amerika gözəli müsabiqəsinə hazırlaşdığı bir vaxt onun işinin çox olacağı şübhə doğurmur.

XS
SM
MD
LG