BMT-nin insan haqları üzrə ali komissarı Mişel Başele ABŞ-da qaçqın və miqrantların saxlanma mərkəzlərindəki şəraiti tənqid edərək, onları qeyri-insani və dəhşətli adlandırıb. Tramp adminsitarsiyası isə tibbi yardımların artırılması ilə yanaşı, şəraitin yaxşılaşdırıldığını bildirir.
Tramp administrasiyası altında Texasdakı miqrantların saxlandığı nəzarət mərkəzində insanlar qeyri-insani rəftarla üzləşir. Bu, BMT-nin insan haqları üzrə ali komissarlığının sözçüsünün gəldiyi nəticədir.
"BMT miqrantlar və onların uşaqlarının saxlandığı şəraitdən dəhşətə gəlib. Bu, Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən aşkar edilib" - deyə, sözçü Ravina Şamdasani bildirib.
Sözçü bunları nazirliyin bu yaxınlarda icmaiyyələşdirdiyi hesabatına istinadən deyib.
"Daxili Təhlükəsizlik Nazirliyi bu mərkəzlərdə qələbəlik və valideynlərindən ayrılan uşaqların vəziyyətini üzə çıxarıb. Göründüyü kimi ərzağa və tibbi yardıma çıxış da qeyri-adekvatdır. Ən yaxşı şəraitdə olanların belə sağlamlıqlarına ciddi təsirlər müşahidə edilir. Bu, mümkün olan ən ağır şəraitdir."
"Cənub sərhədlərini 500 min insan keçib. Əksəriyyəti ailələr, kimsəsiz uşaqlar və subay yetkinlərdir" - deyə, ABŞ-ın müvəqqəti daxili təhlükəsizlik naziri kevin Macalinan bildirib.
ABC-nin "bu həftə," verilişində nazir mövqeyi müdafiə edilib.
"Biz olduqca böyük işlər görmüşük. Dekabrın 30-da sərhədyanı sahələrə 20 tibb işçisi yerləşdirilmişdisə, bu gün bu göstərici 200-dür. Biz müvəqqəti sığınacaqla inşa etmişik. Şəraitləri daha yaxşıdır. Yüksək tavanlı, uşaqlar və ailələr üçün əlavə yerlər."
Sərhəd menementi suveren bir məsələ olsa da, BMT bunun beynəlxalq qanunlara uyğun şəkildə tətbiqini istəyir
"Təəssüflər olsun ki, ABŞ insan hüquqlarına məhəl qoymadan həbs, deportasiya kimi siyasətlərə üstünlük verir. Göründüyü kimi bu, dövlətin siyasəti insan haqları öhdəliklərinə deyil, daha çox cəzalandırmaya yönəlib."
Yanvar ayəndan bəri ABŞ 16 min miqrantı məhkəmə qərarlarını gözləmək üçün Meksikaya qaytarıb.
Prezident Tramp isə deyib ki, nəzarət mərkəzlərində saxlanıların əksəriyyəti inanılmaz yoxsulluqdan qaçıb. Və onların vəziyyəti indi qaçdıqları ölkələrindən fərqli olaraq daha yaxşıdır.
Tramp saxlanma məntəqələrini əla yer adlandıraraq, xəbər agentliklərini oraları ziyarət etməyə çağırıb.