Accessibility links

İnsan Haqları Şurası Rusiyada Stalinə abidələrin ucaldılmasını pisləyib


Rusiya prezidenti yanında İnsan Haqları Şurası bildirib ki, ölkə boyunca dövlət torpağında Sovet diktatoru İosif Stalinə abidələrin ucaldılması qəbuledilməzdir.

Şuranın Tarixi Yaddaş daimi komissiyasının sədri Sergeiy Karaqanovun iyulun 11-də verdiyi bəyanatda deyilir ki, “siyasi repressiyaların, qolodomorun milyonlarla qurbanını, xalqların deportasiyasını, kollektivləşdirməni unutmağa və hətta bunlara haqq qazandırmağa çalışan həmvətənlərin və siyasi qüvvələrin mövqeyi kədər və təəssüf yaradır.”

Karaqanovun bəyanatında vurğulanır ki, “belə hərəkətlər heç də təkcə mənəviyyata zidd olaraq qalmır, bu, günahsız olaraq cəza çəkmiş əcdadlarımızın ruhuna hötmətsizliklə yanaşı, dövlətimizin rəsmi siyasətinə ziddir”.

Rusiya prezidenti yanında İnsan Haqları Şurası yalnız məşvərətçi orqandır və onun qərarlarının icrası icbari deyil.

Son aylar Rusiyanın müxtəlif yerlərində Stalinə bir neçə abidənin açılışları olub.

Bu heykəllərin ucaldılmasının təşəbbüskarları, habelə dövlət mediası və rəsmilər Stalini nasist Almaniyası üzərində qələbəni təmin etmiş istedadlı dövlət başçısı və sərkərdə kimi təbliğ etməyə çalışırlar.

Stalinin hakimiyyəti illərində milyonlarla insan edam edilib və ya Sibirə sürgün olunub.

II Dünya Müharibəsi zamanı bütöv xalqlar nasistlərlə əməkdaşlıq ittihamı ilə Qazaxıstana deportasiya edilib.

Karqanov bildirib ki, “Stalinə heykəl qoyanlar” istər-istəməz bu cinayətlərə haqq qazandırmış olurlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Nyu Yorkda böyük münsiflər məhkəməsi Trampa ittiham irəli sürüb
please wait

No media source currently available

0:00 0:11:51 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG