Cümə günü Əfqanıstanın paytaxtındakı Kabil universitetdə baş verən partlayış azl 8 nəfərin ölümünə, 33 nəfərin yaralanmasına səbəb oluib.
Həm İslam Dövləti, həm də Taliban terrorçu qruplarının fəaliyyət göstərdiyi Kabildə partlayışın məsuliyyətini öz üzərinə götürən olmayıb.
Bu hücum Əfqanıstanda son günlər həyata keçirilən ikinci hücumdur.
Taliban cümə axşamı günü Qəndəhar şəhərindəki polis məntəqəsində bir neçə nəfərin ölümü, azı 60 nəfərin yaralanması ilə nəticələnən avtomobildəki bomba hücumunun məsuliyyətini öz üzərinə götürüb.