Accessibility links

Məhkəmə sənədləri ABŞ-ın İran tankerinin saxlanması üçün müraciət etdiyini göstərir


Yeni açıqlanan ABŞ məhkəmə sənədləri göstərir ki, Birləşmiş Ştatlar Britaniya Kral Dəniz Piyadalarının ötən ay Cəbəllütariqdə saxladığı İran tankerinin ABŞ sanksiyalarını pozaraq Suriyaya neft daşıdığına dair dəlilin olduğunu bildirirərək onun saxlanması barədə qərar çıxarıb.

Grace 1 neft tankeri, 2 milyon bareldən çox daşıdığı neft və 995 min dollar ABŞ hökümətinin şikayəti üzrə ələ keçirilə bilər. Bu barədə cümə günü ABŞ prokuroru bildirib.

Tanker iyulun 4-də İranın yaxın müttəfiqi Suriyaya neft daşıyaraq Avropa İttifaqının sanksiyalarını pozmaq şübhəsi ilə Aralıq Dənizində Britaniya Kral Piyada Korpusu tərəfindən ələ keçirilib.

Reutersin əldə etdiyi məhkəmə sənədində tankerin iyulun əvvəlində Suriyaya getməyi planlaşdırdığına dair dəlilin olduğu bildirilib.

İran dəfələrlə tankerin Suriyaya doğru getdiyini inkar edib.

Cəbəllütariq rəsmiləri cümə axşamı bildirib ki, ABŞ-ın Ədliyyə Nazirliyi tankeri ələ keçirmək üçün müraciət edib.

Vaşinqon Grace 1-i terror təşkilatı adlandırdığı İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəsi olduğunu səbəb göstərərək tankeri saxlamağa çalışıb.

Cəbəllütariq ABŞ Ədliyyə Nazirliyinin tələbini cümə axşamı aldığını bildirib və həmin gün tankerin buraxılması barədə qərar verib.

Lakin ABŞ-ın onu ələ keçirməklə bağlı məhkəmə qərarı gəminin aqibətini daha da qəlizləşdirib.

Tanker cümə günü istiqamətini dəyişib, amma lövbərini qaldırmayıb və onun yaxında yola düşüb-düşməyəcəyi hələ ki, bəlli deyil.

Şərhlərə bax

XS
SM
MD
LG