"Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının Azərbaycana gətirilərək İraq və İrana hücum edilməsi barədə verilən məlumatın heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədilə ilə yayılıb."
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bildirib.
İki gün əvvəl Əbu Mahdi əl-Muhandis - Əsəd rejiminin nəzarəti altında olan əl-Haşdaş-Şaabi qruplaşmasının komandir müavini bu iddia ilə çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan ərazisindən guya oraya amerikalılar tərəfindən yerləşdirilmiş dörd İsrail pilotsuz uçan aparatı İraqı bombalayır. Muhandis həmçinin iddia edirdi ki, İraq tərəfində Azərbaycanda yerləşən pilotsuz uçan aparatların uçuşları, enişləri və əməliyyatları haqqında bütün məlumatlar var.
Amma o, Azərbaycandan dronların İran ərazisindən keçərək İraqa qədər necə uça biləcəyini izah etməyib.
Öz növbəsində, İsrail etiraf edib ki, bu ölkənin qüvvələri İraqda iranyönlü hərbi qruplaşmaların bazalarına bir neçə hücum həyata keçirib.
Haşd aş-Şaabi koalisiyasına gəlincə, bu, İraq hökuməti tərəfində mübarizə aparan birləşmiş 40 şiə, yezid və xristian dəstəsidir.
Koalisiyaya İraq hökuməti və İran İslam İnqilabı Keşikçiləri Korpusu sponsorluq edir.
Əbu Mahdi əl-Muhandis özü ABŞ tərəfindən terrorçu kimi tanınıb.