Accessibility links

Şimali Koreya ABŞ-la nüvə müzakirələrini tərk edib


Şimali Koreya ABŞ-la keçirilən nüvə müzakirələrini qəzəbli şəkildə tərk edib. Pxenyanın baş müzakirəçisi bildirib ki, onu Amerikanın qeyri-həssas münasibəti narahat edib.

Bu, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un fevral ayında Vyetnamda keçirilən sammitdə iflasa uğrayan danışıqları bərpa etməyə qərar verəndən sonra keçirilən ilk rəsmi görüş olub.

Danışıqların dayandırılmasına sanksiyaların aradan qaldırılamsının sürətini Şimali Koreyanın nüvə proqramını ləğv etmək sürəti ilə uyğunlaşdırılması üzərində fikir ayrılıqları səbəb olub.

İki ölkə araında aylardır keçirilməyən görüş İsveçin Stokholm şəhərində yalnız bircə gün sürüb. Pxenyan Vaşinqtonu keçmiş mövqeyini dəyişməməkdə günahlandırıb.

ABŞ isə bu iddianı rədd edərək, 8 saat yarım sürən danışıqların yaxşı keçdiyini və Amerikanın yaradıcı ideyalar irəli sürdüyünü bildirib.

Şimali Koreyanın ortamənzilli raket sınağından bir neçə gün sonra görüşü tərk etməsi onun provokasiyalarını intensivləşdirəcəyinə işarədir. Bu həm də Pxenyanın ABŞ-a təsir gösrətmək səyi də ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken və Lavrov Ukrayna gərginliyi ilə əlaqədar görüş keçirib
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG