Accessibility links

Tullantılara yeni can verənlər


Tullantılara yeni can verənlər
please wait

No media source currently available

0:00 0:02:49 0:00

Hindistanlı Sarita Vaidin bu işə başlama səbəbi tanış olduğu əfqan qadına maddi baxımdan kömək etmək istəyi olub. Saxladığı pişiklərin yemlərinin qablaşdırmasının çox gözəl olduğunu fikirləşib və onlardan əşyalar tikməyə başlayıb. Beləliklə o, həm qadınlara iş yeri açıb, həm də tullantılara qarşı mübarizə aparır, onları yenidən emal edib istifadəyə qaytarır. Sarita Vaid ətraf mühiti qorumaqdan məmnunluq duyğunu deyir. İndi dünyanın hər yerində plastik paketlərin təbiətə vurduğu zərərlər diqqət mərkəzindədir və ola bilər Azərbaycanda da bununla bağlı işlər görülsün. Sarita deyir ki, insanlar tez və asan başa gələn plastik paketlərdən çox istifadə edirlər, ancaq bununla təbiətə böyük ziyan vurduqlarından xəbərsizdirlər.

XS
SM
MD
LG