Bu həftənin cümə axşamı Biləşmiş Ştatlar Şükran bayramını qeyd edir. Bu milli bayramda insanlar ötən ildəki nailiyyətlərini qeyd edir. Adəti üzrə ailə və dostlar bir araya gəlib, birlikdə yemək yeyir. Lakin bu süfrədəki yeməkləri hər kəs ala bilmir. Buna görə də azgəlirli ailələrə Şükran yeməkləri ilə yardım edilir.
Coy Vinslov auiləsi üçün Şükran yeməyini Virciniya ştatının Feirfaks bölgəsindəki qeyri-hökumət “Hamı üçün Ərzaq” anbarından götürür. 5 uşağını tək böyüdən bu ana Şükran yeməyinin onun ailəsinə sevinc gətirəcəyini deyir. “Bu Şükran bayramı süfrəsi həm məni, həm də uşaqlarımı sevindirəcək. Bu, gözəl yardımdır.”
Şükran yeməyinə hind quşu, bir neçə başqa ərzaq və şirniyyat daxildir. El-Salvadordan olan Delmi Mendoza bu yardım üçün minnərdardır. “Biz bu bayramı ailəliklə qeyd edirik. Biz Şükran gününü səbirsizliklər gözləyirik.”
Bu könüllülər buraya şirkətin ayırdığı ərzağı ehtiyacı olanlara paylaşmağa yardım etmək üçün gəlir. Maniş Naik: “Mən bu icmada yaşayıram və bu icmanın imkanlı olmasına baxmayaraq, hələ də ehtiyacı olanlar var. Onlara yardım etmək çox vacibdir.”
Hər il ərzaq anbarlarından ehtiyacı olan 50 min insana 90 milyon kiloqram ərzaq yardımı paylanır. "Biz bəzilərinin Şükran gününü qeyd edə bilməməsinə biganə qala bilməzdik. Bu, bir Amerika ənənəsidır. Həmin gün ailələrin ərzaqla təmin ediməsi çox vacibdir.”
Ərzaq anbarları Wegmans mağazalar şəbəkəsi də daxil olmaqla, pul və qida ianələri əsasında fəaliyyət göstərir. Fairfaksdakı Wegmans hər il bayram mövsümündə insanlardan ərzaq ianəsi toplayır. “Əvvəla mən ailəmə ərzaq almaq imkanım olduğu üçün şükür edirəm. Bir də ona görə şükür edirəm ki, kimə isə az da olsa yardım etmək imkanım var” deyə, müştəri Melissa Qlassman bildirir.