Accessibility links

"Bizim cəmiyyətdə insanlar arzularının arxası ilə getmirlər"


"Bizim cəmiyyətdə insanlar arzularının arxası ilə getmirlər"
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Həmidə Qiyasbəyli “sülh və münaqişə” sahəsində çalışır. O, Amazon meşəsində araşdırma layihəsi başlatmaq niyyətindədir. Bunun üçün Həmidə Amazona getmək üçün ianə kampaniyası yaradıb. Keçirilən yarmarkanın məqsədi maddi vəsait toplamaqdır. O, öz əşyalarını satışa çıxarıb. Həmidə Qiyasbəyli deyir ki, bizim cəmiyyətdə insanlar arzularının arxası ilə getmirlər. O, düşünür ki, onun atdığı bu addım gənclər arasında böyük rezonans yaradır. Çox adam onun Amazona getmək istəməsini təəccüblə qarşılayır. Amazona getmək məqsədi şəxsi təcrübəsini artırmaq və Amazon meşəsinin ətrafında yaşayan qədim qəbilələrin mədəniyyətini, biliklərini araşdırmaqdır. İkinci məqsədi isə Amazon meşələrində bu il yaranan ekoloji böhranı araşdırmaq və onların bu böhrandan necə çıxdıqlarını öyrənməkdir. O, bu təcrübəni Azərbaycana gətirmək istəyir.

XS
SM
MD
LG