Accessibility links

Şahdağda ekstremal istirahət layihəsi


Şahdağda ekstremal istirahət layihəsi
please wait

No media source currently available

0:00 0:02:19 0:00

X-treme pro adı altında birləşmiş gənclər artıq bir neçə ildir ki, Azərbaycanda ekstremal istirahət növünü inkişaf etdirmək üçün çalışırlar. Onlar bu il Azərbaycanın şimalında, Şahdağda sezonun ilk ekstremal tədbiri ilə qış layihələrinə start götürüblər. Təşkilatçılardan biri Samir Qədirov hesab edir ki, bu tip tədbirlərlə x-treme pro komandası ölkədə artıq mövcud olan ənənəvi turizm məkanlarına bir kreativlik və unikallıq qatır. Tədbirdə iştirak hamı üçün açıq olsa da, çətin yarışlarda iştirak üçün komanda öncədən xüsusi seçim edib. X-treme pro bu qış ayları üçün artıq bir neçə tədbir planı qurub və tezliklə bu barədə sosial şəbəkələrdə elan yerləşdirəcək.

XS
SM
MD
LG