Accessibility links

Binəqədi bələdiyyəsinin üzvü seçkidə rəqibini məhkəməyə verib


Binəqədi bələdiyyəsinin üzvü seçkidə rəqibini məhkəməyə verib
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Binəqədi bələdiyyəsinə üzv seçilən Mətanət Nəsibova seçkidə rəqibi olmuş gənc fəal Rəbiyyə Məmmədovanı məhkəməyə verərək, ondan 1000 manat təzminat və üzrxahlıq tələb edir. O, sosial şəbəkələrdə yayılan videogörüntülərdə şərəf və ləyaqətinin alçaldıldığını iddia edir. Yanvarın 9-da keçirilən məhkəmədə həmin videogörüntü nümayiş olunub. Mətanət Nəsibova iddia edir ki, seçki saxtakarlığında ittiham edilməklə ona böhtan atılıb və təhqir olunub. Rəbiyyə Məmmədova məhkəmədə deyib ki, o ifadə şəxsən Mətanət Nəsibovaya yox, ümumiyyətlə, seçkidə saxtakarlıq edənlərə ünvanlanıb. Rəbiyyə Məmmədova Nəsibovanın seçkidə qaydaları pozması barədə əlində olan faktları dairə seçki komissiyasına təqdim etdiyini bildirib. Növbəti məhkəmə yanvarın 30-a təyin edilib. Rəbiyyə Məmmədova bələdiyyədən sonra parlament seçkisində də namizədliyini irəli sürüb. Mətanət Nəsibova isə ikinci dəfədir bələdiyyə üzvü seçilir.

XS
SM
MD
LG