Accessibility links

Mehman Hüseynov: "Biz qərar verməliyik ki, MSK bu seçkilərə necə yanaşır"


Mehman Hüseynov: "Biz qərar verməliyik ki, MSK bu seçkilərə necə yanaşır"
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Bu gün Mərkəzi Seçki Komissiyasında iclas başlayanda mən elə birbaşa Məzahir Pənahovun özünə bildirdim ki, bu, çox həssas mövzudur. Bu gün biz qərar verməliyik ki, MSK bu seçkilərə necə yanaşır. Yəni bu seçkilər şəffaf keçiriləcək? Seçkilərdə hər hansı islahatlar varmı? Yoxsa bu gün MSK bir rüşvətxor, əli korrupsiyaya batmış bir deputatlığa namizədi müdafiə edəcək? Biz buna qərar verməliyik. Çünki beynəlxalq təşkilatlar, beynəlxalq müşahidəçilər, hamısının diqqəti bu qalmaqaldadır. Hamı da qərar gözləyir. Və MSK–nın sədri Məzahir Pənahov bizim şikayətimizi qismən təmin etdi. Bildirdi ki, indiki məqamda biz Fərəc Quliyevə xəbərdarlıq edirik. Səbəb olaraq bildirib ki, "siz Baş Prokurorluğa da müraciət elədiniz ki, korrupsiya ilə bağlı cinayət işi başlanılsın. Biz indi hüquqi addım ata bilmərik. Çünki bizdən üstün instansiya - Baş Prokurorluq var. Onların qərarını gözləyirik. O qərara əsasən biz öz addımlarımızı atacağıq." Yəni ki, xəbərdarlıqla iş bitməyəcək. Lakin mən bildirdim ki, yenə də bizim seçkilər üçün bu ləkədir. Çünki sizin bütün səlahiyyətiniz var ki, həmin rüşvət təklif edənnin namizədliyini rədd edəsiniz. Siz cinayət işini gözləməyin. Sizin öhdəliyinizə hansı məsuliyyət düşürsə, onu da edin. Lakin bildirdilər ki, "biz istəsək belə indiki anda bu, qeyri-mümkündür."

XS
SM
MD
LG