Accessibility links

Rəqəmsal Sağlamlıq Cəmiyyəti


Rəqəmsal Sağlamlıq Cəmiyyəti
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Rəqəmsal Sağlamlıq Cəmiyyəti

İnternetdə həyatın bəzi mənfi təsirləri daha aydın göründükcə “rəqəmsal sağlamlıq” qrupları sağlam həyat tərzini qorumağın yollarını təbliğ edirlər.

Onlayn filmlər, oyunlar və sonsuz sosial media tətbiqləri - hamısı diqqət üçün çalışır. Çoxu gözlərini açan kimi müxtəlif ekranlara baxır. Və bu "rəqəmsal sağlamlıq" adlanan və böyüməkdə olan bir sağlamlıq sektorunun mövcudluğuna səbəb olub.

"Diqqət iqtisadiyyatı çağında yaşayırıq. Və bu anlayış həqiqətən diqqətimizin nə qiymətli qaynaq olduğunu təsdiqləyir" deyə, Nina Herşer bildirib.

Herşer sosial işçi və Rəqəmsal Sağlamlıq Kollektivinin rəhbəridir. O, fəaliyyətini zehni, emosional və fiziki sağlamlıq üçün texnologiyanın ən yaxşı istifadəsini tapmağa həsr edir.

Herşer üçün ekranla mübarizə fərdi anlam daşıyır. Uşaqlıq illərində kəkələməklə mübarizə apararmaq üçün ünsiyyət qurmağa çalışarkən göz təmasından istifadə edib.

"Mən gözlə təmasda və mobil telefonlarında mesajlaşma kimi geniş yayılmış bir dəyişiklik gördüm. Fərdi və peşə missiyamı etdim - varlığımızı geri qaytarmağa çalışıram” - deyə, Nina Herşer qeyd edib.

Amerika Offline yeniyetmələr üçün cihazsız bir düşərgə təcrübəsi təklif edir. Bu, ekran asılılığı səbəbiylə komandada birliyin olmamasını görərək əsəbləşən gənc basketbol məşqçisi tərəfindən başlanıldı.

Digər qruplar təlimatlandırılmış meditasiya, ekranın fərdiləşdirilməsi və ondan qopmağın necə aparılması kimi təcrübələr təklif edir.

İnternetdə keçirilən həyat yeni xəstəliklər yaradır.

Onlardan biri "Nomofobiya"dır. Bu, telefonsuz qalma qorxusudur. Başınızı 45 dərəcə bucaq altında tutaraq "Texniki boyun" əldə edə bilərsiniz. E-poçt Apnea elektron məktubları oxuyarkən nəfəsinizi tutarkən baş verir.

"Nəinki yeniyetmələr üçün, hətta böyüklər üçün də telefon əlavə bədən üzvünə çevrilib. Dofamin yüksəkliyi, səthi kliklərə və ya daim dəyişən bəyənmələrə söykənirsə, bu, çox zərər verə bilər" deyə, psixoloq Anatasiya Kim deyib.

Rəqəmsal detoks etməyi istəmək kifayətdir. Bəziləri çalışırlar.

"Körpəmi dedirirkən telefonuma baxıram, sonra körpəmə baxıb düşünürəm ki, niyə telefonuma baxıram? Elə həmin gün telefonumdan daha az istifadə etmək qərarına gəldim" - deyə, yenicə ana olmuş Kristen Qeyser qeyd edib.

Herşer tamamilə oflayn olmağın əksər insanlar üçün gerçək olmadığını bildirdi. İnsanlara rifahı üçün texnologiyada optimal istifadəni tapmaqda kömək edəcəyinə ümid edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG