Accessibility links

İranda koronavirusa yoluxma halları artır - Qərbi Azərbaycanda məktəblər bağlanıb


İranda koronavirus infeksiyası ilə bağlı ölüm halları artmaqdadır. Virusun yayılmasının qarşısını almaq üçün Qərbi Azərbaycan vilayəti daxil olmaqla, bir neçə vilayətdə məktəblər bağlanıb.

Vilayətin Təlim və Tərbiyə İdarəsinin aldığı qərara əsasən, Qərbi Azərbaycanın bütün şəhərləri və kəndlərində məktəblər və uşaq bağçaları bazar günü fevralın 23-dən tətildədir. Tətilin bu həftə sonuna qədər davam edəcəyi bildirilib.

Epidemiya İranda daha üç nəfərin ölümünə səbəb olub. Bununla İranda koronavirus infeksiyasından ölənlərin sayı 8-ə çatıb.

Dövlət agentliyi İRNA-nın məlumatına əsasən, “bu qərar şagirdlərin sağlamlığını qorumaq və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədi ilə alınıb.”

İranın Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpurun bazar günü mətbuata verdiyi açıqlamalara görə, epidemiya daha üç nəfərin ölümünə səbəb olub. Bununla İranda koronavirus infeksiyasından ölənlərin sayı 8-ə çatıb.

Səhiyyə Nazirliyinin açıqlamalarına görə, həmçinin, İranda ​virusa 40-dan artıq yoluxma halının olduğu bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı keçən günlərdə İranda virusa yeni yoluxma halları, habelə bir iranlı səyahətçinin virusu Livana, digərinin isə Kanadaya daşıması ilə bağlı narahatlığını ifadə edib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, İranda əhali koronavirusun yayılmasının qarşısını almaq üçün kifayət qədər tədbir görülmədiyini düşünürlər. Həmçinin, bəzi ekspertlər koronavirus halları ilə əlaqədar İran rəsmilərinin açıqlamalarına güvənmədiklərini irəli sürürlər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG