Almaniyanın mərkəzində karnavalı qeyd edərkən bir nəfərin izdihamın üzərinə maşın sürməyi 35 nəfər, o cümlədən 18 uşaq bir gün xəstəxanada qalmalı olub. Polis hadisənin bilərək törədildiyinə inanır və insidentin səbəbini araşdırmağa davam edir.
Şimali Hesse polisi Volkmarsen qəsəbəsindəki qəzadan sonra xəstəxanada galan insanlardan başqa daha 17 nəfərin müalicə olunduğunu və elə həmin günün ikinci yarısı evlərinə gedə biləcəklərini açıqlayıb.
Almaniyanın Bild qəzeti xəbər verir ki, hadisə yerində olan 29 yaşlı sürücü özü də başından aldığı ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bild Frankfurt prokurorlarına istinadən xəbər verib ki, vəziyyəti ilə əlaqədar olaraq onu hələ dindirmək mümkün olmayıb.
Şimali Hesse polisi Twitter-də insidentin motivinin hələ də məlum olmadığını və istintaqın davam etdiyini qeyd edib.
Qəza Berlindən təxminən 280 kilometr cənub-qərbdə, Kassel yaxınlığındakı təqribən 7000 nəfər əhalisi olan Volkmarsen şəhərində baş verib. Bu hadisə Almaniyanın Köln, Düsseldorf və Mainz şəhərləri ilə birlikdə ən böyük karnaval mərasimlərinin qeyd edildiyi bir vaxta təsadüf edib.
Ehtiyat tədbirləri olaraq mərkəzi Hesse vilayətindəki bütün digər paradlar bazar ertəsi başa çatıb.