Accessibility links

“Azərbaycan kimi sabit məzənnəyə sahib ölkələrdə dollar asılılığını nəzarətdə saxlamaq daha çətin olacaq”


“Azərbaycan kimi sabit məzənnəyə sahib ölkələrdə dollar asılılığını nəzarətdə saxlamaq daha çətin olacaq”
please wait

No media source currently available

0:00 0:19:45 0:00

Şimali Dakota Universitetinin maliyyə üzrə dosenti Fariz Hüseynov Amerikanın Səsinə müsahibəsində koronavirusun dünya və Azərbaycan iqtisadiyyatına vura biləcəyi zərərlər və dövlətin bu zərərlərin təsir gücünü azaltmaq üçün kiçik və orta sahibkarlara etməli olduğu iqtisadi yardımlar haqqında danışıb. Cənab Hüseynovun sözlərinə görə, Azərbaycan dövləti virusun təsir etdiyi sənaye və xidmət sektorlarında fəaliyyət göstərən şirkətlərə maliyyə dəstəyi verməli, borcları varsa banklarla əlverişli şərtlərdə yenidən anlaşmalarını təmin etməli, işsiz qalan vətəndaşlara dəyən təsiri ölçüb buna uyğun tədbirlər həyata keçirməlidir. Fariz Hüseynov onu da əlavə edib ki, ölkənin idxal-ixracında tərəfdaş ölkələrdə yaranan problemlərə görə əgər hansısa sahədə istehsal-xidmət dayanırsa, yeni tərəfdaşlar tapılmasına kömək etmək lazımdır.

XS
SM
MD
LG