Accessibility links

“Bankların yaratdığı əlavə qadağalar valyuta sektorunda gərginliyi daha da artırır”


“Bankların yaratdığı əlavə qadağalar valyuta sektorunda gərginliyi daha da artırır”
please wait

No media source currently available

0:00 0:14:33 0:00

İqtisadçı ekspert Toğrul Vəliyev Amerikanın Səsinə müsahibəsində neft qiymətinin kəskin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına mümkün təsirləri haqqında danışıb. Onun sözlərinə görə, Azərbaycan neftinin kəskin ucuzlaşmasından sonra insanlar milli valyutanın dəyərsizləşəcəyindən narahat olsalar da, bu narahatlığın qarşısını almaq mümkündür. “İnsanların mübadilə şöbələrinə gedib valyuta dəyişdirməsi dövriyyənin kiçik bir hissəsini tutur. Bu təşvişi saxlamaq çox da çətin deyil. Misal üçün Mərkəzi Bank bu gün 320 milyon dollardan çox satış həyata keçirdi. Əgər bu addımları dalbadal 5 gün ərzində keçirsə o zaman bu təşviş sakitləşər, çünki, bütün bu tələbat yerinə yetiriləcək. Ancaq təəssüflər olsun ki, bankların müxtəlif qadağalar tətbiq etməsi bu narahatlığı daha da artırır.” İqtisadçı ekspert əlavə edir ki, əsas valyuta tələb edən iri şirkətlərdir. “Çünki, onların tələbatı 300-500 deyil, milyonlarla dollardır. İndi o şirkətlər də təşvişə düşərsə və onlar da valyutalarını dəyişdirməyə başlayarsa, o zaman martın sonuna qədər bu gərginliyi nəzarətdə saxlamaq mümkün olmayacaq.”

XS
SM
MD
LG