Accessibility links

İstanbulda sükut və boşluq hökm sürür


İstanbulda sükut və boşluq hökm sürür
please wait

No media source currently available

0:00 0:01:40 0:00

Türkiyənin İstanbul şəhəri koronavirusun mərkəzinə çevrilib. Türkiyədə 40 nəfər artıq həyatını itirib. 15 mindən çox adam virusa yoluxub. Ölkədə məhdudiyyətlər tətbiq edilib, məktəblər bağlanıb, məscidlərdə namazlar ləğv edilib.

Səhiyyə işçiləri koronavirusla mübarizə apararkən hər axşam İnsanbul əhalisi həmtəylik səsini ucaldır. Bağlı qapılar arxasında təhlükə qarşısında yaşamağı öyrənən bir çox insan üçün eyvanlar təsəlli yeridir.

“Əlbəttə, təhlükə böyükdür, Həm bizim ölkə, həm də dünya üçün. Tədbirlər alınmalıdır. Həkimlər və alimlərin əllərindən gəldiyini etdiklərinə şübhmiz yoxdur” - deyə, İstanbul sakinlərindən biri bildirib.

Uşaqlar isə artıq iki həftədir onlyan dərslər keçir. Kino-teartlar və digər ictimai yerlər bağlıdır.

İstanbullular çox vaxtlarını açıq havada keçirməyi sevir. İndi isə şəhərdə süküt və boğluq hökm sürür.

Hətta məqscidlərdə namazlar da ləöv edilib. Təhlükə barədə xəbərdarlıqlar yayılır. Hər gün virusa yoluxanlar və ölənlərin sayı durmadan artır.

Hazırkı nəzarət ölçülərinə görə, avtobuslar sərnişinlərin biri-birindən məsafə saxlaması üçün yarı boş hərəkət etməlidir.

İstanbul meri insanları möhkəm olmağa çağırıb.

“Əziz İstanbul vətəndaşları, bizi qaşıda çətin günlər gözləyir. Lakin hər şey çox gözəl olacaq, ümidsizliyə qapanmayın” - deyə, Əkrəm İmamoğlu bildirib.

Dərin tarixi keçmişə malik olan İstanbul bir çox xəstəliklər və işğallarla üzləşib. Dünyanın hər yerində olduğu kimi, burada da bu son bəlaya hazırlıqlar gedir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG