Accessibility links

İspaniyada 14 500 ölüm qeydə alınıb


İspaniyada koronavirusdan ölənlərin sayı çərşənbə günü daha da artıb. Əsas biznes lobbisi xüsusi karantin rejimi may ayından sonra da qüvvədə qalarsa, iqtisadiyyatın bu il 9% -ə qədər azalacağınına dair xəbərdarlıq edib.

Səhiyyə Nazirliyi son 24 saat ərzində 757 adamın öldüyünü bildirib. Bir gün əvvəlki rəqəmlər 743-ə bərabər idi. Ardıcıl ikinci gündür ki, ölənlərin sayında artım qeydə alınıb. Bu günə qədər ölənlərin sayı 14 555-ə çatıb və bu göstəriciyə görə İspaniya İtaliyadan sonra dünyada ikincidir.

Bununla yanaşı, Səhiyyə Naziri Salvador İlla yavaşlamanın olduğunu söyləyib. Gündəlik artım tempi martın sonundan təxminən 5% -ə qədər azalıb.

"Ölümlərə gəldikdə yaxşı rəqəmlər yoxdur ... Amma indi yavaşlama mərhələsindəyik" - deyə, o açıqlama verib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun baş məsləhətçisi Bryus Eylvard İspaniyada virusun yayılmasının "mütləq şəkildə yavaşladığını" qeyd edib, lakin həddindən artıq nikbinliyə qapılmamaqla bağlı xəbərdarlıq edib.

Ümumilikdə yoluxmalar çərşənbə axşamı günü 140 510-dan 146 690-a yüksəlib.

Bir hesabatda CEOE iş birliyi məhdudiyyətlərin nə vaxt qaldırılacağından asılı olaraq bu il iqtisadiyyatın 5% -dən 9% -ə qədər azalacağını gözləyirdi.

Hökumət ən optimist proqnoza görə gələn il iqtisadiyyatın 5.2% -ə çatacağını söyləyərək, şirkətlərə gələcək ziyanların qarşısını almaq və sürətli bir şəkildə bərpa etməyə imkan verən vergi moratoriumu elan etməyə çağırıb.

Hökumət bu günə qədər yalnız daha dəqiq proqnozlar vermədən virusun tənəzzül gətirəcəyini gözlədiyini bildirib.

Avropa Birliyi durumun üzv ölkələrinin iqtisadiyyatına daha çox dəstək vermək barədə razılığa gələ bilmədikdən sonra ispaniyalı rəsmilər koronavirusla mübarizə üçün ortaq maliyyə dəstəyi ala bilməyəcəyi təqdirdə blokun gələcəyininin təhlükə altında olacağını qeyd edib.

Koronavirus böhranını İkinci Dünya Müharibəsi ilə müqayisə edən hökumət sözçüsü Maria Xesus Montero deyib ki, birlikdə addımlar atılmayacağı təqdirdə insanlar AB-yə olan etibarı itməyə başlaya bilər.

XS
SM
MD
LG