Accessibility links

"Qərb Azərbaycan hökümətinin ədalətli mühakiməsinə inanmır"


"Qərb Azərbaycan hökümətinin ədalətli mühakiməsinə inanmır"
please wait

No media source currently available

0:00 0:23:22 0:00

ABŞ-da fəaliyyət göstərən jurnalist Ələkbər Raufoğlu Amerikanın Səsinə müsahibəsində Milli Şura funksioneri Tofiq Yaqublunun həbsindən sonrakı beynəlxalq reaksiyaları şərh edib. Jurnalistin sözlərinə görə, ABŞ və beynəlxalq təşkilatlar Azərbaycan hökümətinin ədalətli mühakiməsinə inanmır. ”Prezidentin çıxışında da hiss olundu ki, hökümət Əfqan Muxtarlını azad etməklə əslində irəliyə doğru heç bir müsbət addım atmır. Tam əksinə bir tərəfdən həbsxanaların qapısını açıb, digər tərəfdən onu doldurmağın anonsunu verir. Məhz bu baxımında qərbdə başa düşdülər ki, artıq Azərbaycan hpkümətindən ədalət gözləməyin yeri yoxdur.” Cənab Raufoğlu əlavə edir ki, məhz buna görə də Tofiq Yaqublunun həbsinə olan beynəlxalq reaksiyalarda fərqli ton müşahidə olunur. “ABŞ Dövlət Departamentinin Tofiq Yaqublu ilə bağlı bəyanatında onun işinin araşdırılması və ədalətli mühakimə edilməsi deyil, birbaşa Tofiq Yaqublunun dərhal azad edilməsi çağırışı edilir.”

XS
SM
MD
LG