Accessibility links

ABŞ Azərbaycanı din məhbuslarını azad etməyə çağırır


ABŞ-ın Beynəlxalq Din Azadlığı məsələləri üzrə səfiri Sam Braunbek
ABŞ-ın Beynəlxalq Din Azadlığı məsələləri üzrə səfiri Sam Braunbek

ABŞ Dövlət Departamentinin Beynəlxalq Din Azadlığı Ofisi Azərbaycanı qlobal koronavirus pandemiyası dövründə həbsdə olan din məhbuslarını azad etməyə çağırıb. Ofisin rəhbəri, Beynəlxalq Din Azadlığı məsələləri üzrə səfir Sem Braunbek Twitter səhifəsində yazdığı mesajında ABŞ-ın Azərbaycanın bu yaxınlarda pandemiya ilə əlaqədar olaraq bir neçə yüz məhbusu azad etməsini alqışladığını bildirib.

“Biz Azərbaycanın COVID-19 ilə əlaqədar olaraq bir neçə yüz məhbusu azad etdiyini bilirik və bunu alqışlayırıq. Biz Azərbaycanı və digər ölkələri pandemiya dövründə din məhbusları da daxil olmaqla fundamental azadlıqlarını ifadə etdiklərinə həsb edilmiş şəxsləri dərhal azad etməyə çağırırıq.” – deyə, səfir Braunbek bildirib.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 6-da məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam verib.

Bu qərarla 176 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Sənəddə yazılıb ki, dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına, səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılıb.

Prezident Əliyevin əfv sərəncamı ilə hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı iki nəfər azadlığa buraxılıb. Onlar Nardaran hadisələrinə görə həbs olunan Eldar Binyədov və Fəramiz Abbasovdur.

Yerli hüquq müdafiəçilərinin hazırladığı siyahılara görə, ölkə həbsxanalarında hazırda 100-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

XS
SM
MD
LG