Accessibility links

Rusiyada son gündə 3388 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib


Aprelin 15-i səhər saatlarına olan məlumatlara görə, Rusiyada son gün ərzində 65 bölgədə 3388 nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb, 28 nəfər isə ölüb. Operativ Qərargahdan verilən məlumata görə, ilk dəfə olaraq, Çukotka və Nenets Muxtar Vilayətlərində diaqnozlar qoyulub. Rusiyada bir gündə 292 nəfər tam sağalıb.

Beləliklə, aprelin 15-ə kimi Rusiyada 84 bölgədə 24490 koronavirus infeksiyası hadisəsi qeydə alınıb. Bütün dövr ərzində 198 nəfər ölüb, 1986 nəfər isə sağalıb.

Koronavirus ən çox Moskvada yayılır, bir gün ərzində burada 1774 nəfərdə yoluxma halı aşkarlanıb. Operativ Qərargahın məlumatına görə, yoluxanların demək olar ki, yarısının yaşı 45-dən aşağıdır.

Yeni yoluxma hallar arasında:

43% - 18 yaşdan 45 yaşa qədər

37% - 46 yaşdan 65 yaşa qədər

11% - 66 yaşdan 80 yaşa qədər

4% - 80-dən yuxarı

5% -i uşaqlardır.

Aprelin 14-ü Rusiya paytaxtında koronavirus infeksiyası nəticəsində 11 xəstə həyatını itirib. "Ölənlər 48 yaşdan 86 yaşa qədər olan xəstələrdir. Bütün ölən xəstələrdə yoluxucu xəstəliklər var idi. Bunlar arasında yüksək təzyiq, piyelonefrit, xroniki hepatit C, şəkərli diabet. Üç nəfər xroniki bronxitdən əziyyət çəkirdi” - deyə, Operativ Qərargah məlumat verib.

Beləliklə, Moskvada COVID-19-dan ölən xəstələrin ümumi sayı 106 nəfərə çatıb.

Rospotrebnadzor-un rəhbəri Anna Popovanın Rusiyanın Birinci kanalında dediyi kimi, Rusiyada simptomsuz koronavirus infeksiyası olan insanların sayı artır. Əgər mart ayının əvvəlində belə xəstələrin nisbəti 10% idisə, indi demək olar ki, 30% -dir.

"Dünən, məsələn, Moskva vilayətində, yoluxmuş şəxslərin 52% -i virusu daşıyan, lakin bu barədə heç bir məlumatı olmayan insanlardır" - deyə, o qeyd edib. O əlavə edib ki, həkimlərdə COVID-19 asimptomatikliyin sağlamlıq fəsadlarına yol açdığı barədə məlumat yoxdur.

XS
SM
MD
LG