Accessibility links

İspaniyada koronavirusa təsdiqlənmiş yoluxmalar 200 mini keçsə də, rəqəmlərdə azalma müşahidə olunur


Rəsmilər İspaniyada koronavirusa 200 mindən çox insanın yoluxma faktı qeydə alınmasına baxmayaraq xəstəliyin yayılmasının yavaşlama müşahidə olunduğunu bildirir. Eyni zamanda, İspaniya Bankı iqtisadiyyata əhəmiyyətli dərəcədə zərbə vurulacağını proqnozlaşdırır.

Qeydə alınan 200210 yoluxma halı ilə İspaniya təsdiqlənmiş halların sayına görə ABŞ-dan sonra ikinci yerdədir.

Lakin Təcili Yardım İdarəsinin rəisi Fernando Simon mətbuat konfransında testlərin artmasına baxmayaraq, yeni yoluxma halları azalmağa davam etdiyini söyləyərək, xəstəliyin əhali arasında yayılmasının gözləniləndən daha aşağı ola biləcəyini bildirib.

"Xoşbəxtlikdən yoluxmalar düşündüyümüzdən də sürətlə azalır" - deyə, o qeyd edib.

Nazirlikdən bildirilib ki, son 24 saatda qeydə alınan 399 ölüm hadisəsindən sonra ölənlərin ümumi sayı 20 852-ə çatıb.

Şimal Bask bölgəsində təcili yardım işçisi Marisa Arquello de Paula vəziyyətin yaxşılaşması ilə xəstələrinin daha sakit olduqlarını deyib.

"Deyəndə ki, yoluxmalar azalır, xəstəxanalar əvvəlki kimi çox yüklənmir, onda onlar da sakitləşir" - deyə, o bildirib.

İspaniya infeksiya ilə mübarizə və gündəlik ölüm sayının qarşısını almaq üçün Avropanın ən sərt özünütəcrid rejimini tətbiq edib. Bu isə ölkənin mərkəzi bankının bildirdiyinə görə, iqtisadiyyatın "ciddi dərəcədə" tənəzzülünə səbəb olub.

Karantinin müddətindən asılı olaraq, bu il iqtisadiyyatda 6.8% ilə 12.4% arasında enmə olacağı proqnozlaşdırılıb.

Ötən həftə istehsal və tikinti sektorundakı bəzi şirkətlərə yenidən işləməyə icazə verildi, lakin əhalinin əksəriyyəti hələ də evlərində karantində qalır.

XS
SM
MD
LG