Accessibility links

Karantin məhdudiyyətlərini nə zaman yüngülləşdirmək olar?


Karantin məhdudiyyətlərini nə zaman yüngülləşdirmək olar?
please wait

No media source currently available

0:00 0:02:17 0:00

Almaniya və Cənubi Koreya daxil olmaqla bəzi ölkələr, eləcə də ABŞ-ın bir sıra ştatları bu həftə koronavirusla əlaqədar məhdudiyyətlərin azaldılmasına başlayır. Lakin ekspertlər xəbərdarlıq edir ki, insanların evlərindən çıxması və yenidən kilsələrə, mağazalara, restoranlara və çimərliklərə getməsi üçün bir sıra şərtlər təmin olunmalıdır.

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə dörd həftə sürən ciddi karantindən sonra Almaniyada bəzi məhdudiyyətlər yüngülləşdirilərək, Köln və Frankfurt kimi şəhərlərdə bəzi mağazaların açılmasına icazə verilib.

ABŞ-ın bir sıra ştatlarının paytaxtlarında əsasən prezident Tramp tərəfdarlarının ayrı-ayrı ştatlarda karantinə etiraz nümayişləri keçirilib.

Lakin Floridada bəzi çimərliklər açılıb, Corciyada isə bu həftə fitness klublar və bərbərxanalar açılmağa başlayacaq.

Səhiyyə ekspertləri xəbərdarlıq edir ki, Almaniya və Cənubi Koreyada geniş yayılmış testlər xəstəxanalara yerləşdirilmə və əhali sayına görə ölüm hallarının sayını aşağı endirirərək karantinin qaldırılmasına imkan verib.

Hazırda epidemiyanın episentri olan ABŞ hələ bu nöqtəyə gəlib çatmayıb.

Cons Hopkins Universitenin Tibb Məktəbinin mütəxəssisi Ceyson Farli

“Biz test imkanlarını genişləndirməliyik. Əslində administrasiya buna söz verib: kim istəsə test oluna bilər. Biz yeni yoluxmaların zirvəyə çatdığını görməyə başlayanda, o zaman bunu başa düşə bilərik. Hazırda biz yalnız simptomları olan insanları test edirik və biz bilirik ki, insanlar simptomlar göstərməyə başlayandan öncə yoluxdura bilir.”

Vanderbilt Universitetinin Tibb Mərkəzinin həkimi Vilyam Şaffner.

“Siz hətta 14 gün ərzində azalmaya ümid edirsiniz. Bundan sonra xəstəxanaların bu pasiyentləri müalicə edə biləcəyinə əmin olmalısınız.”

Nyu Yorkda və ABŞ-ın digər yerlərində səhiyyə işçiləri başqalarının həyatını xilas etmək üçün onların özlərinin təhlükəsizliyi üçün qoruyucu avadanlığın olmamasına etiraz edirlər.

Duke Universitetinin professor Qavin Yamey

“Bir çox yerlərdə, bir çox xəstəxanalarda səhiyyə işçiləri arasında çox yüksək yoluxma hallarının şahidi oluruq. Bu, fəlakətdir. Mən bunu mənəvi rüsvayçılıq hesab edirəm.”

Ekspertlər xəbərdarlıq edir ki, məhdudiyyətlərin yüngülləşdirilməsi həssas bir məsələdir və virus yenidən yayılmağa başlasa yenidən tətbiq edilə bilər.

XS
SM
MD
LG