Accessibility links

Tramp maskalar istehsal edən kosmik hava obyektini ziyarət edib


Tramp maskalar istehsal edən kosmik hava obyektini ziyarət edib
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Uzun müddət Ağ Evi tərk etməyən ABŞ prezidenti Donald Tramp Arizonada hazırda tibb işçiləri üçün maskalar istehsal edən kosmik hava obyektini ziyarət edib. Bu, prezidentin COVİD-19-la mübarizəsinə dair səfərləri arasında mühüm hesab edilir.

ABŞ prezidenti Donald Tramp Finiksdəki Honivel kosmik hava obyektinə baş çəkib.

“Bəzi ölkələr çox pis keyfiyyətli maskalar göndərir. Heç biri Honivildəkinə bənzəmir” - deyə, prezident bildirib.

Arizona bu il keçiriləcək prezident seçkilərində əsas mübarizə mərkəzidir. Tramp Arizona səfərindən əvvəl mart ayında Nyu-Yorkdakı dəniz donanması hospitalında olub.

Ağ Ev Trampın keçirdiyi tədbirlər və nə işlər görülməsinə dair dəyirmi masa söhbətlərini diqqətlərə çatdırır.

“Ən az nə qədər testin keçirildiyinə dair gündəlik detallara diqqət verilir. Konkret məbləğlər, hesabatlılıq və işin necə aparılması kimi. Buraya özəl müdafiəyə nə qədər maliyyə ayrıldığı da daxildir” - deyə, Vanderbilt Universitetindən Tim Vogus bildirib.

Trampın ziyarətini Amerikanın vaksinlər üzrə yüksək səlahiyyətli mütəxəssisi Rik Braytın şikayətləri kölgə altına alıb.

Milli Səhiyyə İnstitutunun Bio-tibbi Araşdırmalar və İnkişaf Səlahiyyətləri Agentliyinin sabiq direktoru Trampın reklam etdiyi hidrosixlorin preparatının COVİD-19 xəstələrinin müalicəsində istifadə etməkdən imtina etdiyi üçün vəzifə mövqeyinin azaldıldığını bildirib.

“Bizim alimlərimiz, həkimlərimiz və federal hökumətin əldə olan ən mükəmməl elmi əsaslar və sübutlara əsalanaraq tövsiyə verə bilməməsi ekstrimal narahtlıq doğura bilər” - deyə, Corc Vaşinqton Universitetinin ictimai sağlamlıq üzrə professoru Leana Ven bildirib.

Tramp isə koronavirus üzrə operativ komanda ilə işini başa çatdıraraq, pandemiya ilə mübarizənin növbəti fazasına keçib.

Prezident gündə 3 min adamın koronavirusdan öldüyünə dair hesabata baxmayaraq, ştatların iqtisadiyyatlarını açmalarını istəyir. Bu göstərici İtaliya ilə müqayisədə iki dəfə çoxdur.

“Bu proqnozlar yüngülləşdirilməlidir. Biz ölkəmizi açmaq istəyirik” , Tramp deyib.

XS
SM
MD
LG