Accessibility links

Evdən işləməyin imtiyazları


Evdən işləməyin imtiyazları
please wait

No media source currently available

0:00 0:02:02 0:00

Asiya millenianları evdən çalışmaqla daha artıq istirahət edir və hobbiləri ilə məşğul olmağa vaxt tapa bilir. Bəziləri isə evdən işləməyin onları ənənəvi iyerarxiya, başqa sözlə "rəhbər həmişə nəyin yaxşı olduğunu bilir" kimi ənənəvi iş şəraitindən azad olduqlarını düşünür.

Bir çox asiyalı COVİD-19 virusuna görə təcridolunmalara alışır.
Xüsusilə də dünyanın iş saatları və iş yollarının uzun olduğu ölkələrində. Gənclər daha çox istirahət vaxtı qazanıb, maraq dairələrini genişləndirib.

"Mən sevgilimlə daha çox vaxt keçiriəm. İtim üçün yemək hazırlayıram. Vaxtımı və pulumu itə sərf edirəm. Onunla yaxşı zaman keçirirəm. Gəzməyə çıxarıram" - deyə, Cənubi Koreyadan Marketinq Assosiasiyasının işçisi Dasuel Li bildirib.

"İşdən sonra bir çox fəlaiyyətim olur. Bu fəaliyyətlərə görə doyunca yatmağa vaxtım olmurdu. Evdən işləməklə bir-iki saat qazanıram. Hədsiz yorulmadan işləməkdən zövq alıram. Bu həqiqətən əladır" , GHT kampaniyalarının koordinatoru Kvon Sunmok deyib.

Bir çox asiyalı üçün ofislərdən fiziki uzaqlıq ənənəvi sərt iş mədəniyyətindən azadlıq deməkdir.

"Düşünürəm ki, iyerarxiya mədəniyyəti və mən səndən böyüyəm, səndən daha uzun müddət çalışıaram, işçilərimin fikrini dinləmək istəmirəm kimi mədəniyyət burada, Cənubi Koreyada çox güclüdür" , Li bildirib.

"Mən deyərdim ki, məsələn, Amerikada müdirə yaxınlaşıb, fikrinizi bildirmək və ya məsləhət vermək mümkündür. Koreyada isə müdirlə işçi arasında vasitəçi olur. Müdirə çatmazdan əvvəl onunla danışmalısınız" , Çozen Universitetinin professoru Kori Brussard bildirib.

Lakin bəzi millenianlar imtiyazlara baxmayaraq, evdən çalışmaq praktikası ilə razı deyil.

"Düzünü deyim, evdən işləməkdən xoşum gəlmir. Çünki diqqətimi cəmləşdirə bilmirəm. Televiyayanı yandırır, musiqi dinləyirəm. Və ya mətbəxdə nəsə bişirirsən. Diqqəti cəmlşdirmək çətin olur" , Honq Konqdan Hüquq Məsləhət Firmasının işçisi Şirin deyib.

Lakin fikiri ayrılıqlarına baxmayaraq, belə görünür ki, evdən işləmək yaxın gələcəkdə davam edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG