Accessibility links

Nyu-Yorkun küçə satıcıları


Nyu-Yorkun küçə satıcıları
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Nyu-Yorkun küçə satıcıları

Pandemiyadan öncə Nyu-York şəhərinin küçələrində hot doq, qəhvə və beynəlxalq yeməklərə qədər hər şey satılırdı. Lakin bu günlər küçələr boşdur, bizneslər bağlıdır və əsasən mühacirələrdən ibarət icmalar olmaqla, insanların dolanışığı ağırlaşıb.

Nyu-Yorklular harada ucuz, tez və ləzzətli yeməkləri alacaqlarını bilirdi.

Küçə satıcılarından biri-Məmdu Elqammalın 2018-ci ildə çəkilən sənədli filmdə göstərildiyi kimi sadiq alıcıları var idi.

İndi küçələrdə yemək satışı dayandırılıb.

“Hər kəs gəlib deyir ki, sabah gəlməyəcəyik, biz evdən işləyirik. Evlərdə təhsil alırıq”- deyə, Məmdu bildirib.

Elqammal kimi minlərlə küçə satıcısı indi maddi baxımdan əziyyət çəkir.

“Kiminlə danışsaq deyir ki, ev kirayəsini ödəyə bilmirik və necə ödəyəcəmizi də bilmirik” , Məhəmməd Attia deyib.

Məhəmməd Attia küçə satıcılarının hüquqlarını müdafiəsi ilə məşğul olan layihədə çalışır.

“Bu insanların bəlkə də 50 faizinin sənədi yoxdur.”

“Onların heç birinə federal və şəhər hökumətinin yardım proqramları düşmür.”

“Lakin onlar həs kəs kimi ilin sonundan vergi ödəməlidir. ”

Bir çox küçə satıcısı kiçik bizneslərdən fərqli olaraq daha az həcməd çalışır və ictimai yardımlar ala bilmir.

“Küçə satıcılarının maaşları olmur. Onların nə korporasiyası, nə də cəmiyyətləri var” , Məhəmməd Attia deyib.

Huan Landa kimiləri isə hökumətdən yardım almaqla onların daimi yaşayış icazəsini riskə ata biləcəyini deyir.

Fevral ayında Tramp administrasiyasının qəbul etdiyi qərara görə, ictimai yardım alan mühacirlər Amerikada qalmaq imkanını itirə bilərlər.

“Biz heç bir halda hökumətdən yardım almamaq qərarına gəlmişik. Nə yemək talonları, nə də ictimai yardım hesab edilən heç bir şey istəmirik” - deyə Landa bildirib.

Landa yerli kilsədən ərzaq yardımı alır.

“Hökumət vəziyyəti nəzərdən keçirməlidir. Lakin hələ ki, qubernatorlar və merlədən heç nə eşitməmişik. Zaman getdikcə real narahatlıq da artır” , Məhəmməd Attia deyib.

Bir çox küçə satıcısı üçün vaxt onların əleyhinə işləyir.

XS
SM
MD
LG