Accessibility links

Rusiyada koronavirus epidemiyası zamanı ehtiyacı olan insanlara yardım edən 80 yaşlı qadın


Rusiyada koronavirus epidemiyası zamanı ehtiyacı olan insanlara yardım edən 80 yaşlı qadın
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Koronavirusla bağlı pis xəbərlərin dolu olduğu bu vaxtda yaxşı əməllər edən səssiz insanlarla bağlı məlumatlara çox vaxt diqqət yetirilmir. Rusiyanın Sankt Peterburq şəhərində yaşayan 80 yaşında bir qadın yüksək riskli qrupda olmağına baxmayaraq hər gün yardıma ehtiyacı olan insanlara kömək edir.

80 yaşlı Qalina Yakovleva koronavirusdan qorxmayaraq hər gün yaşlılara və ərzaq almaq üçün imkanları olmayan insanlara yardım edir.

Qalina İkinci Dünya Müharibəsində iki il boyunca nasistlər tərəfindən mühasirə olunduğu zaman böyük əziyyətlərlə üzləşən Sankt Peterburq şəhərində “Dobrota” adlı könüllü qrupu yaradıb.

Qalina bu əziyyətləri şəxsən yaşayıb. Qalina yanında alman bombasının partlaması nəticəsində səsini itirib və bu hadisə onun həyatına böyük təsir göstərib.

“Müharibə zamanı biz uşaq idik və həyətdə oynayanda xəbərdarlıq siqnalı çalındı. Biz böyük çuqun bir borunun içində gizləndik. Bu boru da topa tutuldu və nəticədə onun içindəki uşaqlar ya kar və lal oldular ya da təkcə lal oldular. Mən şanslıyam ki, təkcə lal oldum”, o deyir.

Qalina yaşları səbəbilə virusa yoluxma riski ən yüksək olan insanlara ərzaq çatdırır. O, onlara həm də bu günlərdə çox çətin tapılan maskalar da aparır.

Bu insanlardan biri pulu olmayan və özünü tərk edilmiş hiss edən Nina Savelievadır. Bu pandemiya səbəbilə onun uşaqları işsiz qalıb, ən yaxın rəfiqəsi isə ondan uzaqlaşıb.

“Rəfiqəm dedi ki, o xəstələnməkdən qorxduğu və mənim xəstələnməyimi istəmədiyi üçün artıq məni ziyarət etməyəcək və vaksin tapılmayanadək məni maşını ilə heç yerə aparmayacaq. O zamana qədər mənə kömək etməyəcək,” Nina deyir.

Qalinanın günü çox məşğul keçir. O, tarixin dünya görüşünə necə təsir etdiyini təsvir edir.

“Bilirsiniz, bu bizim taleyimizdir. Biz acından ölürdük, amma o anda belə başqaları haqda düşünürdük. Biz son çörək qırıntımızı belə onlarla bölüşürdük,” Qalina söyləyir.

Sankt Peterburqda Moskvadan fərqli olaraq məcburi karantin rejimi elan olunmayıb. Orada nisbətən daha az insan öldüyü üçün rəsmilər şəhər daxilində hərəkəti məhdudlaşdırmayıblar. Şəhərdə yalnız maska taxmaq məcburidir.

Qalina müasir dünyanın eqoistliyi barədə gileylənir.

“Mən tez-tez ağır alış-veriş arabalarını daşıyıram və çox az sayda insan gəlib mənə yardım edir. Düzdür bəzi hallarda yarım edənlər olur, amma onlar da ya harasa tələsirlər, ya da başqa nə isə olur,” o deyir.

Qalinanın hər gün etdiklərinə çox diqqət ayrılmasa da, onun sayəsində bir neçə insanın axşam masalarında yeməkləri olur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG