Accessibility links

Fuad İsmayılov yenidən həbs olunub


Fuad İsmayılov yenidən həbs olunub
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Mayın 22-də ictimai fəal Fuad İsmayılov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə inzibati qaydada həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə günahlandırılıb. Fuad İsmayılovun yaxınları bildirib ki, məhkəmə prosesində o özünü təqsirli bilməyib. “Narkotiki cibimə polislər atıb", deyə fəal bildirib. Onun açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. Vəkil Elçin Sadıqov öz açıqlamasında bildirib ki, onlar bu qərardan Apelyasiya şikayəti verəcəklər. Bu, Fuad İsmayılovun İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə ikinci inzibati həbsdir. Fuad İsmayılov Mərkəzi Seçki Komissiyasının qarşısındakı divara bu qurumun rəhbərinə etirazini bildirən şüar yazmışdı. Daha sonra martın 7-də İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada həbs olunmuşdu. O məhkəmədə bildirmişdi ki, narkotik ittihamı yalandır, marixuananı Suraxanı rayonu, 32-ci polis bölməsində onun cibinə polislərin özü atıb. Fuad İsmayılovun bildirdiyinə görə, həbs olunarkən Suraxanı Rayon 32-ci polis bölməsində işgəncələrə də məruz qalıb Daxili İşlər Nazirliyi isə Azərbaycanda polis orqanlarında işgəncə verilməsi barədə iddiaları təkzib edir.

XS
SM
MD
LG