Accessibility links

İsveçin pandemiyaya fərqli cavabı və nəticələri


İsveçin pandemiyaya fərqli cavabı və nəticələri
please wait

No media source currently available

0:00 0:02:25 0:00

İsveçin pandemiyaya fərqli cavabı və nəticələri

Koronavirus pandemiyası dövründə Avropanın çox hissəsində ciddi təcrid qaydaları tətbiq olunsa da, bir ölkə var ki, çox fərqli bir yanaşma ilə yadda qaldı. İsveç ciddi məhdudiyyətlərdən imtina etdi və insanların işləməsinə, səyahət etmələrinə icazə verdi. İlk günlər İtaliya, İspaniya və Britaniyada infeksiyanın geniş yayıldığı vaxt İsveçdə hər şey sanki qaydasında olduğu kimi görünürdü. Lakin İsveçdə də infeksiya sürətlə artmaqdadır.

Demək olar ki, hər şey normal görünür - pandemiyadan əvvəlki dünyada olduğu kimi. İsveçdəki kafe, restoran və gecə klubları, ibtidai məktəblər və mağazalar pandemiya boyu açıq qaldı.

İsveç hökuməti yeni sərt tədbirlər əvəzinə vətəndaşlarından sosial məsafələrə görə fərdi məsuliyyəti öz üzərlərinə götürmələrini istədi.

70 yaşdan yuxarı insanlar və xəstə olan hər kəsdən evdə qalmaları xahiş olunur. İsveçin yanaşmasının arxasında dayanan nəzəriyyə davamlılıqdır

"Düşünürəm ki, İsveç strategiyasının davamlılığı sübut olundu. Demək istəyirik ki, indi daha çox insan bizim dediklərimizə əməl edir. Bu say azalmır. Çox ciddi tədbirlər tətbiq etməmək çox çətindir. Bu, bizim digər ölkələrdən aldığımız siqnallardır. Tamamilə qapanmanı dayandırmaq çox çətindir." - deyə, İsveçin baş epidemioloqu Anders Teqnel bildirib.

Necə oldu, bu yanaşma işlədi?

"Nəticədə hazırda İsveçdə ölənlərin sayı bu həftə Avropada adambaşına düşən ən yüksək göstəricidir. Qonşu ölkələrin təcrübəsi o qədər də ağır deyildi. Düşünürəm ki, erkən təcrid tətbiq etmə ilə fərqli yanaşma həyata keçirən Danimarkaya baxsanız, doğrudan da pandemiyadan çıxdıqlarını görərsiz. Orada İsveçdən qat-qat çox testlər keçirilib. Onlar sosial məsafəni daha tez aradan qaldıra biliblər” - deyə, Avrasiya qrupunda Qlobal Səhiyyə Proqramının rəhbəri Skot Rozenşteyn qeyd edib.

İsveçdə ölümlərin təxminən yarısı qocalar evlərində baş verib. İsveç parlamentinin önündə onların qohumları ölənlər üçün xatirə guşəsi salaraq, sevdikləri şəxslərin 'köməksiz öldüyünü' deyirlər.

"Niyə sərhədləri bağlayaraq, insanları epidemiyadan qorumadılar?" - deyə, Covid-19-un qurbanının qohumu Mirey Quri bildirib.

Mütəxəssislər deyirlər ki, kimin haqlı olduğunu söyləmək hələ tezdir.

“Biz bəzi tarixi təcrübələrə, bəzi modelləşdirmə işlərinə etibar edirik, lakin müəyyən mənada bütün ölkələr təhlükəsiz şəkildə açılmasının müxtəlif üsullarını yoxlayır. Düşünürəm ki, bir-birimizdən öyrənməyə çalışarkən çox diqqətli olmalıyıq" - deyə, Oxsford Universitetinin həkimi Peter Drobaç məsələyə münasibət bildirib.

İsveçdə iqtisadi təsirlər daha az ola bilər - ancaq insan tələfatı qonşu ölkələrdən xeyli çox ola bilər. Pandemiya dövrü insanlar həyatlarını itirməyə davam etdikcə bu cür mübahisələrin də artacağı gözlənilir.

XS
SM
MD
LG