Accessibility links

Qarabağ icması Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Şuşa şəhərciyində qeyd edib


Qarabağ icması Uşaqların Beynəlxalq Müdafiəsi Gününü Şuşa şəhərciyində qeyd edib
please wait

No media source currently available

0:00 0:04:37 0:00

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycan Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması, Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyinin balaca sakinləri ilə birgə qeyd edib. Bu görüşdə ADA Universitenin müəllimi Şəfəq Mehrəliyeva özünün müəllifi olduğu “Kirpi və Zəncirotu” nağılını bayramın qəhrəmanları olan uşaqlarla birgə mütaliə edib. Daha sonra Qarabağ Icmasinin könüllüləri ilə birlikdə əyləncəli oyunlar, viktorinalar həyata keçirilib. Könüllü qızlar bildirdilər ki, tədbirdən öncə uşaqlardan onlara hansı hədiyyəni gətirməyimizi istəyirlər sualına, uşaqlar oyuncaq yox, məhz kitab və bayraq istəyiblər. Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova bu layihənin ilk dəfə keçirildiyini qeyd edib. ancaq o deyir ki, icma olataq onlar digər regionlarda yaşayan məcburi köçkün şəhərciklərini mütəmadi ziyarət edirlər.

XS
SM
MD
LG