Accessibility links

ABŞ-da bir gün ərzində koronavirusdan 1000 ölüm halı qeydə alınıb


Ümumdünya Səhiyyə Təşkilatı üz maskaları ilə bağlı tövsiyyələrinə dəyişiklik edərək maskaların COVİD-19-un geniş yayıldığı və fiziki məsafə saxlamağın çətin olduğu yerlərdə taxılmalı olduğunu bildirib.

Birləşmiş Ştatlarda bir çox böyük mağaza şəbəkələri alıcılar üçün üz maskaları taxmağın məcburi olduğunu bildirib. Bundan əlavə dünya boyu nəqliyyat sistemləri də üz maskalarını məcburiyyət halına gətirib.

Cümə günü Ağ Evdə müxbirlər önündə çıxış edən prezident Donald Tramp deyib ki, ABŞ-da pandemiya “əsasən” bitib və qubernatorları ştatlarında bağlama tədbirlərini yumşaltmağa çağırıb.

Cons Hopkins Universitetinin məlumatına görə, COVID-19 pandemiyası cümə günü ABŞ-da 24 saat ərzində 900-dən çox insanın ölümünə səbəb olub.

Universitetin məlumatlarında göstərilir ki, indiyədək COVID-19-dan ən çox ölüm halı ABŞ-da baş verib. Ölkə boyu koronavirusdan 109 min insan həyatını itirib. Onların üçdə biri Nyu York ştatında ölüb.

Mərkəzin məlumatına görə, Britaniya 40 min ölüm halı ilə ikinci, Braziliya isə 34 min ölüm halı ilə üçüncü yerdədir.

Bundan əlavə ən çox yoluxma halı da ABŞ-da qeydə alınıb. Ölkə boyu 1.9 milyon insan koronavirusa yoluxub. Braziliya 615 min yoluxma ilə ikinci Rusiya isə 450 min yoluxma halı ilə üçüncü yerdədir.

Dünya boyu ümumi ölüm halları 395 minə, yoluxma halları isə 6.7 milyona çatıb.

Zəngin və inkişaf etmiş ölkələrdən ibarət 20 ölkə COVID019 pandemiyasına mübarizə üçün milyardlarla dollar yardım ayıracağını bildirib. Bu barədə şənbə günü Böyük İyirmilik qrupu bəyanatında bildirib.

Bu həftənin əvvəli ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi aprel ayında pandmeiyanın pik həddə çatdığı zaman koronavirusla əlaqəli olmayan səbəblərdən təcili tibbi yardım üçün müraciət edənlərəin sayının azaldığını bildirib.

Mərkəz çərşənbə günü təqdim etdiyi hesabatda ən çox azalmanın 14 yaşından aşağı uşaqlar, qadınlar və ABŞ-ın şimal-şərqində yaşayan insanlar arasında müşahidə olunduğunu bildirib.

Tramp administrasiyası koronavirusa qarşı vaksini inkişaf etdirmək üçün beş şirkət seçib. Bu şirkətlərin Massaçusets ştatında qərargahlanan Moderna, Oksofrd Universiteti ilə əməkşalıq edən AstraZeneca və əczaçı nəhəglər olan Johnson & Johnson, Merck və Pfizer şirkətləri olduğu bildirilir.

ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun başçısı Dr. Antoni Fauçi çərşənbə axşamı alimlərin 2021-ci ilin başlanğıcına kimi effektiv vaksin inkişaf etdirəcəklərinə dair “ehtiyatlı nikbinliyini” dilə gətirib.

XS
SM
MD
LG