Accessibility links

Alimlər pandemiyanın nə zaman bitəcəyini proqnozlaşdırmaq üçün statistik modellərdən istifadə edir


Alimlər pandemiyanın nə zaman bitəcəyini proqnozlaşdırmaq üçün statistik modellərdən istifadə edir
please wait

No media source currently available

0:00 0:03:11 0:00

Statistik modelləşdirmə hazırlamaq dünyada nələrin baş verəcəyini proqnozlaşdırmağın mühüm bir hissəsidir. Statistik modelləşdirmədən iqlim dəyişikliyini proqnozlaşdırmaq və qrip və Covid kimi xəstəlikləri izləmək üçün istifadə olunur. Lakin bu modellər heç vaxt mükəmməl olmur.

Koronavirus pandemiyasının ilk günlərində Londonun İmperial Kollecinin hazırladığı proqnozlaşdırma modeli Britaniyada avqust ayınadək 500 min insanın öləcəyini təxmin edirdi.

ABŞ üçün hazırlanan təxminlər isə daha da qorxunc idi. Belə ki, həmin təxminlərə görə, ABŞ-da hökümət cəld tədbirlər görmədiyi təqdirdə iki milyon insanın öləcəyi gözlənilirdi.

Amma indiyədək göstəricilər həmin təxmindən çox azdır. Bu model hökümət heç bir tədbir görmədiyi təqdirdə kimin virusa yoluxacağını və öləcəyini müəyyən etməyin nəzəri yolu idi. Statistik modelləşdirmə sadə bir vasitə olsa da, epidemioloqlar bu modellərdən istifadə edərək çox sayda məsələlərdə təxminlər irəli sürə bilərlər.

“Ümid edirəm ki, bunun baş verənlərin çox bəsit versiyası olduğu aydındır. Bundan sonra biz hər şeyi bir az qəlizləşdirə bilərik. Məsələn deyək ki, biz təkcə neçə nəfərin yoluxduğu ilə deyil, neçə nəfərin xəstəxanaya yerləşdirildiyi ilə maraqlanırıq, çünki pandemiyanın səhiyyə sisteminə təsirini öyrənmək istəyirik…” Boston Universitetinin epidemioloqu Helen Cenkins deyir.

Bu modellərdəki əsas dəyişkən karantin tədbirləridir. Alimlər modellərinə dəyişikliklər etmək üçün karantin tədbirləri tətbiq olunandan öncəki və sonrakı yeni yoluxma halları ilə bağlı məlumatlardan istifadə edirlər.

Modellər çoxalma nisbətini – yəni bir xəstə insanın virusu neçə nəfərə yoluxdurduğunu müəyyən edən dəyişkəni tapmağa yardım edir. Bu rəqəm 1-dən yüksək olduğunuda yoluxan insanların sayı eksponent olaraq artır.

“Biz fevral və ya mart ayında başlayanda, inkişaf etdirilən və ya bizim bildiyimiz modellərin çoxu proqnozlarını irəli sürmək üçün əvvəlki pandemiyalara əsaslanırdırlar. Biz isə hazırkı pandemiyanın özündən necə istifadə edəcəyimizin yolunu tapdıq,” MIT Universitetinin professoru Corc Barbastatis bildirir.

Bu modelin üzləşdiyi bir çətinlik odur ki, COVID-19-a yoluxanların həqiqi sayı bilinmir, çünki çox insanın asimptomatik olduğu deyilir. Vaşinqton Universitetinin alimləri bu problemI həll etmək üçün başqa bir üsula yol atıblar. Onlar virusa yoluxma deyil, COVID-19-dan ölüm hallarına əsaslanan model hazırlayıblar.

“Biz pandemiyanın əvvəlində bilirdik ki, kifayət qədər testimiz yoxdur və ona görə də nə qədər insanın virusa yoluxduğunu bilmirdik. Biz ölkədə ölüm halı 50-ə çatdığında modelləşdirməyə başlamaq qərarına gəldik. Beləcə bu modelin daha sabit olacağını düşündük. Biz artımı göstərən bucaq əmsalını modelləşdirmişik. Bu bucaq əmsalı ya artır ya azalır” – Vaşinqton Universitetindən Əli Mokdad deyir.

Bu model may ayında ölüm halları artanadək uzun zaman ən nikbin model idi. Bu gün alimlər avqustun əvvəlinədək 140 min ölüm halının olacağını təxmin edir ki, bu, əvvəlki təxminlərlə müqayisədə demək olar iki dəfə çoxdur. Proqnozlardakı bu dəyişiklik karantin tədbirlərinin yumşadılması ilə əlaqəlidir.

“Hərəkətlilikdə artımdan iki həftə sonra virusun yayılmasında artım olacaq. Bundan bir həftə sonra, yəni ümumilikdə üç həftə sonra bunun ölüm hallarına təsirini müşahidə edəcəyik,” Əli Mokdad bildirir.

Onlarla müxtəlif modellərdə çox sayda alqoritmlərdən istifadə olunur, amma onların hər birinin ortaq cəhəti odur ki, onlar karantin tədbirlərinin vaxtından əvvəl ləğv olunmasının əleyhinə xəbərdarlıq edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG